Emin Həsənli: “Müxalifətin mitinq arzusu iflasa uğrayacaq” RƏY-ÖZƏL
“Təəssüflər olsun ki, xaricdən maliyyələşən bir qrup var ki, onlar Azərbaycanda sabitliyi pozmaq istəyirlər”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, həmin məkrli qüvvələr zaman-zaman xaricdən aldıqları tapşırıqları yerinə yetirməklə məşğuldurlar: “Yəni ölkədə sabitliyi pozmaq və ölkəmizin əldə etdiyi uğurlara, nailiyyətlərə kölgə salmağa çalışırlar. Amma onların nə düşünməsindən və etməsindən asılı olmayaraq Azərbaycan dövləti öz uğurlu, parlaq siyasətini davam etdirir. Xalqımız Prezidentimiz tərəfindən aparılan uğurlu siyasətini dəstəkləyirlər və hər zaman əməli fəaliyyəti ilə Prezident İlham Əliyevin yanında olduğunu nümayiş etdirib. Müxalifət düşərgəsini təmsil edən şəxslərin yenidən aksiya keçirmək istəyinə düşməsi onların xarici qüvvələrdən maliyyə vəsaiti alması ilə bağlıdır. Yəni müxaliflər xaricdən pul aldıqlarına görə, onların verdikləri tapşırıqları yerinə yetirməyə çalışırlar. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr bir dəfə də olsun Azərbaycan dövlətinin uğurlu bir siyasətini qeyd edib onu dəstəkləməyiblər. Müxalifət olmaq olar amma dövlətə, xalqa qarşı müxalifətdə dayanmaq olmaz. Demək olar ki, müxalifət yaratdıqları QHT-lər adı ilə xaricdən kifayət qədər maliyyə vəsaiti alırlar və bu maliyyə vəsaitinin də əsas mənbəyi ölkədə qarşıdurma yaratmaq, sabitliyi pozmağa yönəlməyə çalışırlar. Amma istəklərinə nail ola bilməyəcəklər”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB