İnqilabi dəyişiklik pis nəticələr vəd edir

İnqilabi dəyişiklik pis nəticələr vəd edir

“Baş nazir Nikol Paşinyanın iqtisadi inqilabla bağlı bəyanatları biznes və investorları qorxuya salacaq. Bu cür bəyanatlara böyük diqqət yetirilməlidir.” Bunu tert.am saytına verdiyi müsahibəsində Yeni Ölkələr Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov deyib.

“İnqlabi yolla, siyasətdə və ya iqtisadiyyatda heç bir müsbət dəyişiklik ola bilməz. İqtisadiyyat tədricən inkişaf etməlidir, hər hansı kəskin inqilabi dəyişiklik pis nəticələrə səbəb olacaq “ deyən Martınov Ermənistanda iqtisadi inqlab adlandırılan proqramı tənqid atəşinə tutub.

Onun sözlərinə görə, Nikol Paşinyan iqtisadçı deyil və ehtimal ki, iqtisadi inqilab haqqında danışarkən nə danışdığını belə başa düşmür.

“Keçmiş jurnalist kimi, o, ehtimal ki, fərqli metafora, məcazi dil istifadə etməyə məcburdur, lakin o artıq bir jurnalist, bir müxalifətçi deyil, baş nazirdir və bir şərh verdiyi zaman son dərəcə ehtiyatlı olmalıdır. İqtisadi sahə ilə bağlı hər hansı bir şərhin, yaxud bəyanatın milli valyuta məzənnəsinə, eləcə də digər təsirləri ola bilər", deyə Aleksey Martınov bildirib.

Ekspert hesab edir ki, iqtisadiyyatda və biznesdə tətbiq olunan qaydalardakı kəskin dəyişikliklər asan deyil, itgilər geri qaytarılan da deyil.

“Paşinyan bu sahənin mütəxəssisi deyil, amma ekspertlərin, mütəxəssislərin, nisbətən təcrübəli lider kimi prezident Armen Sarkisyanın məsləhətinə qulaq assa yaxşı olardı. Çox güman ki, Paşinyan məsləhətlərə qulaq asmır və diqqətsiz, ehtiyatsız bəyanatlar verir “ deyə A. Martınov bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın əvvəlki hökumətin oligarxlarından və s təmizlənməsi populizmdir.
“Bu cür bəyanatlar “küçə natiqləri” tərəfindən verilir və gəlin unutmayaq ki, Paşinyanın onlardan biridir, amma indi o daha balanslı olmalıdır. Vergilərin kimin ödəməli, kimin isə ödəməməli olmasını təyin edən qanunlar var, Cinayət Məcəlləsi var, məhkəmə var. Ermənistanda bütün bunlar var, amma bunların hamısı fəaliyyət göstərməlidir “, deyən Aleksey Martınov məsələyə öz münasibətini bildirib.

Məxməri inqilab günündən tezliklə bir il keçəcəyini söyləyən iqtisadçı qeyd edib ki, “istəyirsiz buna çevriliş deyin, istəyirsiz inqlab, bu hadisələr sosial və iqtisadi sferada özü ilə çətinliklər gətirir, amma insanların daha yaxşı olacağına gözləntilərini nəzərə almaq lazımdır.”

Onun sözlərinə görə, sistemin işləməsi üçün ciddi işlər görülməlidir. “Yalnız rəhbərliyin səyi kifayət deyil, bütün cəmiyyət işləməlidir. Cəmiyyətdə bir insanı digər bir insanla əvəz etmək problemin həlli deyil. Axı bundan sonra heç bir şey dəyişməyib. Coğrafi, siyasi və ya iqtisadi dəyişiklik yoxdur və normal həyatın dəyişməməsi səbəbindən məyus olan insanlar var. Əksinə, məişətdə və küçədə baş verən cinayətlərin sayı artıb. Hətta gizlətmək mümkün deyil ki, turistlər belə Yerevan ətrafında gecə gəzintisinin təhlükəsiz olmadığını hiss edirlər. Bunlar xırdalıqlardır, amma mövcud mənzərə elə xırdalıqlardan formalaşır.

İnkar etmək olmaz ki, bir il əvvəl hamını bezdirən Serj Sarkisyanın gedəcəyi bir möcüzə kimi görünürdü. O, baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcəyi barədə vəd versə də, sonra guya ki, partiyanın istəyi ilə öz namizədliyini irəli sürdü və bu insanlarda narazılığa səbəb oldu. Beləliklə də hakimiyyət Nikol Paşinyanın əlinə keçdi.

Hər şey rəngli inqilab ilə baş verdi. Amma heç nə dəyişmədi. İnsanların həyatında, yaşayışında dəyişən heç nə olmadı. İnqlabdan sonra nə bir yeni proqram ortaya qoyuldu, nə də proqrama oxşar bir ideya", deyə Aleksey Martınov bildirib.

Göründüyü kimi, Paşinyanın iqtisadi inqlab kimi adlandırdığı proqramənə, populist çıxışlarını bir idea belə hesab edən yoxdur. Baş nazirin idea belə adlandırmaq olmayan, utopik, eyni zamanda populizmdən başqa bir şey olmayan çıxışlarını heç kim bəyənmir. Əksinə, bu ehtiyatsız, diqqətsiz bəyanatlarının, şərhlərinin acınacaqlı nəticələri gözlənilir.

Bir sözlə, artıq hamı tərəfindən qəbul olunur ki, Ermənistanda baş verən inqlab adı altındakı çevrilişlər, bu çevriliş sayəsində baş nazir postunu ələ keçirən Nikol Paşinyanın uydurduğu inqilabi dəyişiklik pis nəticələr vəd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə