Azərbaycanın Kiyevdəki səfiri Ukrayna parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Kiyevdəki səfiri Ukrayna parlamentinin sədri ilə görüşüb

Yanvarın 13-də diplomatik nümayəndəliyimizin rəhbəri Eynulla Mədətli Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşüb. SİA-nın xəbərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyindən bildiriblər ki, görüş zamanı dövlətin yenidən qurulmasında və xalq təsərrüfatının bütün sahələrinin inkişafında Ukrayna parlamentinin mühüm rolunu qeyd edən səfir bildirib ki, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri həm parlamentlərarası dostluq qrupları, həm də qanunvericilik orqanlarının rəhbərləri səviyyəsində xalq deputatlarının dialoqunu yaxşılaşdırmaqdır.

Bununla əlaqədar, Azərbaycan diplomatı Milli Məclisin sədri Oqtay Əsədovun 2011-ci ildə ölkəmizə rəsmi səfərə gəlmək dəvətini Vladimir Litvinə təqdim edib.

Ukrayna parlamentinin sədri Azərbaycana səfər etmək imkanına görə səmimi təşəkkürünü bildirmiş, Ukrayna Ali Radasında və Azərbaycan Milli Məclisində dostluq qruplarının fəaliyyətinə kömək göstərəcəyini vəd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə