"Ölkə başçısının fikirlərində mediamızın daha obyektiv olmasına çağırış var" MÖVQE-ÖZƏL
"Prezident İlham Əliyev ötən gün verdiyi müsahibəsində Azərbaycan mediası ilə əməkdaşlığa önəm verdiyini və bu əməkdaşlığın Onun üçün çox dəyərli olduğunu bir daha göstərdi. Jurnalistlər üçün qürurverici olmalıdır ki, ölkənin prezidenti idarəçilikdə medianı sözün həqiqi mənasında özünün səmərəli əməkdaşı kimi görür, ona güvənir və daha ədalətli idarəçilik naminə medianın xəbərlərinə etimad göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, Cənab Prezidentin müsahibəsi zamanı medianın ölkənin həyatında önəmli rol oynadığına, bu rolun gələcəkdə daha da güclənəcəyinə inandığını bildirməsi çox dəyərlidir: “Daha dəqiq yanaşsaq prezidentin ölkə mediası və xarici media ilə əməkdaşlıqları bir-birini tamamlayan məsələdir. Belə ki, hər iki halda Prezidentin əməkdaşlıq prinsiplərinin Azərbaycanın dövlət mənafeləri üzərində qurulduğunu görürük. Prezident Azərbaycan mediasına inanır, xarici medianın imkanlarına isə dövlətimiz barədə qərəzli yanaşmaları neytrallaşdırmağın tutarlı üsulu kimi baxır”.
A.Quliyev söyləyib ki, ölkə başçısının fikirlərində eyni zamanda Azərbaycan mediasının daha obyektiv olmasına çağırış məqamları da var: “Belə ki, əgər dövlət başçısı öz işində medianın xəbərlərinə istinad etdiyini açıq deyirsə, deməli media daha obyektiv və ədalətli olmalıdır ki, Prezident daha dəqiq qənaətlərə gələ bilsin. Azərbaycan mediası ilə Prezidentin səmərəli əməkdaşlığının möhkəm özülü buradadır”.
Baş redaktor qeyd edib ki, Prezident mediadan mötəbər xəbərlər aldığı kimi bu müsahibəsində özü də media mənsublarına çox dəyərli təhlil və düşüncə materialları verdi: “Jurnalistləri düşündürən bütün məsələlər cavablandırıldı. Eyni zamanda jurnalist təhlilləri ilə xalqımıza izah və şərhlərlə çatdırılmalı olan məqamlar açıqlandı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB