Moskvada nəşr olunan beynəlxalq "ИРС-Наследие" jurnalının son nömrəsi Qarabağ probleminə həsr olunub. SİA-nın xəbərinə görə, "İRS-Наследие" jurnalının xüsusi sayında "Qarabağ erməniləri-böyük siyasətin girovları" məqaləsi oxucuların diqqətinə çatdırılıb. Bu sayın "Etnos" rubrikası Azərbaycanın milli azlıqlarına həsr olunub. Rubrikada vurğulanır ki, ermənilər Azərbaycan ərazisinə digər azlıqlardan sonra, təxminən 200 il əvvəl gəliblər. Məqalədə qeyd olunur ki, "İRS" jurnalı vaxtaşırı ermənilərin miqrasiyası mövzusuna müraciət edib, bu mövzudakı materiallar erməni tarixçiləri tərəfindən heç vaxt təkzib olunmayıb.
Jurnalın xüsusi buraxılışında Qarabağla bağlı maraqlı və zəngin materiallar dərc olunub. Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin "Azərbaycan və Qarabağın xarici siyasəti" adlı materialı böyük marağa səbəb olub. Burada 1917-ci il fevral inqilabından Rusiya-Ermənistan müqaviləsinin imzalandığı 10 avqust 1920-ci il tarixinə qədər olan arxiv materialları toplanıb.
Qeyd edək ki, oxucular bütün bu materialları jurnalın ingilis versiyasından da oxuya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB