"Azərbaycan vətəndaşının gələcəyi əmin əllərdədir” ÖZƏL-AÇIQLAMA

"Azərbaycan vətəndaşının gələcəyi əmin əllərdədir” ÖZƏL-AÇIQLAMA

“Bu günlərdə baş verən zəlzələ hadisəsi ilə bağlı olaraq cənab Prezidentin zəlzələ bölgəsinə getməsi Şamaxıda hadisədən zərər çəkən insanlarla görüşməsi, onların hər birini ayrı-ayrı danışdırması, qarşılaşdıqları problemlərlə yerindəcə tanış olması, orada gətirilən səmimi fikirlərin hər birinin arxasında Dövlət başçısının illər öncə dediyi “Azərbaycanda insan amili ən əsas və ən əhəmiyyətli amildir” və hakimiyyətə gələrkən söylədiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikir və şüar dayanır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan prezidentinin söylədikləri sadə sözlər deyil, son 16 ildə ölkədə həyata keçirilən sosial siyasətin təməlində dayanan əsas qayədir: “Prezidenti İlham Əliyevin bu illər ərzində atdığı hər addımda, imzaladığı sənədlərdə, Onun rəhbərliyi ilə hazırlanan və həyata keçirilən hər bir layihə və proqramda Azərbaycan vətəndaşının daha yaxşı yaşaması, daha firavan olması amili dayanır”.

J.Əliyeva qeyd edib ki, Ölkə başçısının Şamaxıya son səfəri zamanı dilə gətirdiyi fikirlər Azərbaycan vətəndaşının əmin əllərdə olduğunu deməyə əsas verir: “Vətəndaşlarımız özü və ailəsi, övladları üçün əsla narahat olmaya bilər. Çünki, onların ailəsini öz ailəsi kimi düşünən, hər bir vətəndaşına yaxşı Prezident, ata olmağı bacaran İlham Əliyev kimi Prezidentimiz, Mehriban Əliyeva kimi Birinci vitse-prezidentimiz var. Onların gördükləri işlər sözün əsil mənasında Azərbaycanın bu gününə deyil, həm də gələcəyimiz üçün istiqamətlənən addımlardır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə