"Fransanın Türkiyəni soyqırımında günahlandırması heç bir çərçivəyə sığmır" ÖZƏL-ŞƏRH

"Fransanın Türkiyəni soyqırımında günahlandırması heç bir çərçivəyə sığmır" ÖZƏL-ŞƏRH

“Fransa prezidenti Emmanuel Makronun qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi Azərbaycanda çox böyük təəssüf hissi ilə qarşılanır. Əlbəttə, Fransa müstəqil dövlətdir və istədiyi addımı ata bilər. Amma yaddan çıxarmayaq ki, o, dünyada təhlükəsizliyə məsul olan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, 1915-ci ildə hər hansı bir "erməni soyqırımı"nın olmadığı gün kimi aydındır: “Tarixçilər bununla bağlı öz fikirlərini bildiriblər və erməni yalanları üzə çıxıb. Belə məsələdə Makronun bu addımı hesab edirəm ki, dünyanın rəyini nəzərə almamasıdır. Ermənistanla dost olmaq olar, erməni xalqını fransız xalqına yaxın hesab etmək olar, amma bir yalanı dəstəkləmək və eyni zamanda bu yalana görə Türkiyə kimi bir ölkəni günahlandırmaq heç bir çərçivəyə sığmır. Əlbəttə ki, Azərbaycan bu məsələdə Türkiyənin yanındadır və ədalətin, həqiqətin qorunmasının tərəfdarıdır. Çox istərdik ki, Fransa bunun Azərbaycanda böyük hiddət doğurduğunu nəzərə alsın. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və Azərbaycan torpaqlarını işğal edən Ermənistanın böhtançı ideologiyasını dəstəkləməsi Fransanın nə dərəcədə problemin həllində obyektiv olacağına artıq böyük sual doğurur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə