Neftin qiyməti 27 həftə ərzində maksimal həddə çatıb

Neftin qiyməti 27 həftə ərzində maksimal həddə çatıb
Bu gün səhər neftin qiyməti son 27 həftə ərzində maksimal həddə çatıb. SİA-nın məlumatına görə, buna səbəb Transalyaska boru kəmərinin bağlanması olub ki, nəticədə də Amerika bazarının neft təminatı ilə bağlı problemləri yaranıb.
Beləliklə, Nyu-York əmtəə birjası NYMEX-də WTI markalı neftin fevral fyuçerslərinə olan qiyməti Bakı vaxtı ilə saat 09:55-də 0,11 dollar qalxaraq 91,97 dollar olub. Eyni zamanda London əmtəə birjası ICE Futures-də Brent markalı neftin fevral fyuçerslərinə olan qiyməti 0,22 dollar qalxaraq 98, 34 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə