Ermənistanın keçmiş iqtidar təmsilçisi, Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov mövcud hakimiyyəti sərt şəkildə ittiham atəşinə tutmaqda davam edir. SİA xəbər verir ki, Şarmazanov Feysbuk səhifəsində növbəti ittihamlarını ictimailəşdirib. Budəfəki hədəf, Nikol Paşinyan iqtidarının yaxın 5 il üçün tərtib etdiyi hökumət proqramıdır. “Bu, proqram deyil, bu hətta masada deyilən sağlıq da deyil, bu – Paşinyanın yalanlarını əks etdirən sənəddir”, yazan Şarmazanov həmçinin qeyd edib ki, sözügedən proqram konkret tərəqqiyə doğru atılan addım deyil və söz yığınıdır. O Paşinyan hökumətinə suallarını ünvanlayıb: “Hanı iqtisadi yüksəliş? Hanı sərmayələr bumu? Hanı “sehirli çubuq?”, Hanı yoxsulluğun kəskin aşağı düşməsi? Hanı yeni iş yerləri? Hanı iqtisadi artımın yüksək templəri? Maaş və pensiyaların kəskin artımı haradadır? Yoxdur...
Bəs Nikol Paşinyan vətəndaşlara bütün bunları söz vermişdi axı? Söz vermişdi, ancaq hər şeyin əksini etdi. Nəticə bidrir. Bu, proqram deyil, hətta masada deyilən sağlıq da deyil. Bu, Nikolun yalanını əks etdirən sənəddir”.
Eduard Şarmazanov ittihamlarını davam etdirəcəyini bildirib: “Yaxın zamanlarda mən, populizm və yalan barədə daha dəqiq məlumatlar verəcəyəm”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB