İxtisarlar vilayətlərə qədər gedib-çıxıb "JAMANAK"

İxtisarlar vilayətlərə qədər gedib-çıxıb "JAMANAK"

İşçilərin ixtisar dalğası vilayət administrasiyalarına qədər gedib-çıxıb. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazır. Bildirilir ki, nəinki orta sinif işçilərinin, eyni zamanda, vitse-qubernatorların da ixtisara salınmaları barədə qərar verilib. Belə ki, hər qubernatorun 3 deyil, yalnız 1 müavini olacaq.

“Robert Koçaryanın hakimiyyəti dövründən başlayaraq, vitse-qubernatorların sayı sürətlə artdı, çünki həmin zaman vitse-qubernatorları “Orinats yerkir” və “Daşnaksyutun”un koalisiya partnyorları kimi təmin etmək lazım idi”, deyə xəbərdə qeyd olunur.

“Həqiqətdə, vilayət administrasiyalarını ümumiyyətlə ləğv etmək lazımdır, belə ki, onlar tamamilə fəaliyyətsizdirlər”, nəşr yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə