"Bu gün Azərbaycan cəmiyyətində ciddi müxalif qüvvənin yetişməməsi xaricdəki bəzi anti-Azərbaycan qüvvələri narahat edir". Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, çünki, istənilən ölkələrdə demokratiya pərdəsi altında Qərb dairələri hakimiyyətlərə məhz həmin siyasi müxalif qüvvələr vasitəsilə təzyiq edir və istədiklərini qoparmağa nail olurlar: "Azərbaycanda isə Qərbin istəklərini reallaşdırmaq gücündə siyasi qüvvə yoxdur. Bunun iki səbəbi var: Birincisi, indiki iqtidarın Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan, Cənab Prezident tərəfindən uğurla davam etdirilən siyasi kursun xalqın istək və arzularına uyğun oplması və xalqın mütləq əksəriyyətinin onu dəstəkləməsidir. İkinci səbəb isə, mövcud müxalifət düşərgəsini inhisara alan köhnə qurdlar bura yeni, sağlam ruhlu qüvvələrin daxil olmasına qırmızı işıq yandırıblar. Nəticədə, xalqdan dəstək ala bilməyən əbədi müxalifətimiz qərbdən aldıqları sifarişləri yerinə yetirməkdə acizdirlər və bunu qərbdəki həmin anti-Azərbaycan qüvvələr də yaxşı bilir. Odur ki, hər vasitə ilə onları bir araya gətirmək, birləşdirib vahid qüvvəyə çevirmək qərbdən gələn sifarişdir. Xərclədikləri milyonlar qarşısında heç nəyə nail ola bilməyən qərb dairələri, pullarının batmaması üçün indi də bu üsula əl atmağa və nəyəsə nail olmağa çalışırlar. Sadəcə həmin dairələr Azərbaycanda gedən prosesləri görməyi və ya görüb də anlamağı bacarmırlar. Sizi əmin edirəm ki, onların indiki birləşmək bağırtıları da ağalarının pulu Azərbaycana gəlib çıxana qədərdir. Bu dəfə pul üstündə aralarında elə qırğın düşəcək ki, heç qərbdəki ağaları da gəlsə sakitləşdirə bilməyəcəklər. Bilirsiniz, müxalifət o zaman güclü olar ki, onları xalqın heç olmasa beş-on faizi dəstəkləsin. Bizim başabəla müxalifətimizin isə özlərindən və papkalarından başqa dəstəkləyənləri yoxdur. Bir-iki min adama Qərbdən gələn pullardan paylayıb, meydana toplamaqla qüvvə nümayiş etdirmək hələ müxalifətin gücünün olduğu anlamına gəlmir. Xalq arasında nüfuz qazanmaq, xalqın istəyini qazanmaq deyil, qərbdəki ağalarının sevgisini qazanmaq naminə göstərilən fəaliyyət, təbii ki, sonda məğlubiyyətə məhkumdur. Bir azca gözləyək, tezliklə onların pul bölgüsündəki qırğınlarını müşahidə edəcəyik. Təəssüflənirəm ki, hələ də bizim müxalifətimiz bu səviyyədən bir addım da olsun önə gedə bilmir. Çünki müxaliflər arasında pula hərislik var".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB