Əli Kərimlinin mitinqə gələnləri cinayətkar adlandırması "Milli Şura" daxilndə yeni qarşıdurmalar yaradıb

Satmaq və satılmaq dağıdıcı müxalifət partiya sədrlərinin həyat tərzinə və siyasi fəaliyyətlərinin başlıca prinsipidir desək, səhv etmərik. Çünki milli və dövlətçilik maraqlarını satmaqla əldə etdikləri qrantlar hesabına xarici ölkələrdə mülklər alan, övladlarını müxtəlif xarici ölkələrin təhsil ocaqlarında oxutduran Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri üçün artıq siyasət mənasız və əhəmiyyətsiz formaya çevrilib. Bu baxımdan da, fəaliyyətlərini siyasət pərdəsi altında ört-basdır etməklə, daha çox qrant almağa yönəldiblər. Demək olar ki, hazırkı məqamda müxalifət üçün kimə və hara işləmələrinin fərqi yoxdur. Halbuki 5-6 il öncəyə qədər, AXCP və Müsavat yetkililəri xarici maraqlı dairələrlə iş birliyi qurmaq məsələsində seçim edir, kiminlə tərəfdaş olduqlarının fərqinə varırdılar. İndi isə, fərq qoyulmadan, pul verən, qrant ayıran istənilən fond və təşkilatlatla iş birliyi qurub, əməkdaşlıq edirlər. Səbəb də, ortaya yeni qüvvələrin çıxaraq Qarabağ adı altında mitinqlər təşkil etmələri, yığıncaqlar keçirib pafoslu açıqlamalar vermələridir. Baxmayaraq ki, Pənah Hüseynin, İskəndər Həmidovun, Əvəz Zeynallının, Akif Nağının və Tural Abbaslının təşkil etdikləri Qarabağla bağlı mitinqlərə qatılanların - onların mövqeyini dəstəkləyənlərin sayı kifayət qədər azdır. Səbəb də, insanların sözügedən şəxslərin məkrli niyyətlərinin nədən ibarət olmasını bilmələridir.
Qurban Məmmədov Əli Kərimlini zay məhsul hesab edir

Bir sözlə, yeni qrant əldə etmək iddialarında olan şəxslərin meydana çıxması Müsavat və AXCP funksionerlərini ciddi narahat edir. Ən azı, ona görə ki, qrantların həcmi azala və qarşılıqlı əməkdaşlıq prinsiplərinə görə, qərəzli təşkilatların məkrli planlarını həyata keçirə bilməyəcəklər. Həm də, istiqamət dəyişə, təmsilçilər P.Hüseyn və İ.Həmidov ola bilər. Bu isə Ə.Kərimlinin, A.Hacılının xaricdən maliyyə vəsaitıəri əldə etmək planlarının üstündən xətt çəkilməsi deməkdir. Bu baxımdan, hər vəchlə çalışırlar ki, əqidə dostlarını sıxışdırsınlar və əski mövqelərinə qaytarsınlar. Buna necə nail olacaqlarını demək, hələ ki, çətin olsa da ortada olan fakt yalnız ondan ibarətdir ki, dağıdıcı müxalifətin əsas satqın və xəyanətkar formatı olan "Milli Şura" da ağır proseslər yaşanmaqdadır. Xüsusi ilə də, uğuruzluqla nəticələnən 19 yanvar mitinqinə cəhddən sonra, bu başıbəlalı qurum daxilində gərginlik özünün pik nöqtəsinə yüksəlib. AXCP sədri Əli Kərimlinin Sevinc Osmanqızının verilişində mitinqə gələnləri cinayətkar adlandırması "Milli Şura" daxilində qarşıdurmaları bir qədər də gərginləşdirib. Qurumun koordinasiya şurasının üzvləri Tofiq Yaqublu, Oqtay Gülaliyev, Elşən Həsənov, Gültəkin Hacıbəyli, hətta Cəmil Həsənli Ə.Kərimlini, axmaq fikirlər söyləməklə, mitinq iştirakçılarına hörmətsizlik etməkdə günahlandırıblar. T.Yaqublu bildirib ki, Ə.Kərimli məsuliyyətsiz açıqlaması ilə növbəti mitinqlərə kifayət qədər az sayda insanın gəlməsinə səbəbkar olacaq: "Özünə hörmət edən kəs, bundan sonra mitinqlərə qatılmaz. Ə.Kərimli səhvə, yanlışlığa yol verdi. Hesab edirəm ki, bundan sonra onunla bir sırada siyasi mübarizə aparmaq da düzgün deyil".
Xaricdəki "söyüş qrupu"nun fəallarından olan Qurban Məmmədov isə, Ə.Kərimlini zay məhsul adlandırıb. Bildirib ki, dostlarına, əqidə yoldaşlarına şər və böhtan atmasının nəticəsidir ki, müxalifət formalaşa və hədəflərinə çata bilmir: "Bundan sonra mitinqlər alınmayacaq. Cinayətkar damğası ilə damğalanan insan növbəti təhqirli söz və ifadələrə məruz qalamaq istəməz. Ona görə də, müxalifətin mitinq keçirmək arzusu gerçəkləşməyəcək".
Göründüyü kimi, başlarından böyük iddialar müxalifət liderləri üçün ağır siyasi məğlubiyyət acısına çevrilir. Həm də, qrant almaq iddialarına ciddi zərbə olur. Bundan sonra "Milli Şura" və bu qurumun təmsilçisi rolunda çıxış edən AXCP sədri Ə.Kərimli çətin ki, mitinq keçirmək və ya başqa hansısa iddialarda olsunlar və yaxud çıxışlar etsinlər. Yaxşı deyiblər, "sirkə nə qədər tünd olsa, öz qabın çatladar". Ə.Kərimli də hikkəsi və təkəbbürü ilə, özü ilə yanaşı, Sorosun uşaqlarının yığnağı olan "Milli Şura"nı məhv etdi.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB