“Əli Kərimli gəncləri qələbəyə yox, həbsxanaya göndərəcək“ ÖZƏL-MÜNASİBƏT
“Əli Kərimlinin oğlu İngiltərədə konfort həyat yaşayır. Utanmadan gənclərə deyir ki, siz qələbəyə aparacam. O gənclərdən istifadə edib, yüz minlərlə qran qazanıb”. Bu barədə SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin Orduxanlı Milli Şuranın son mitinqinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, keçirilən aksiya radikal müxalifət qüvvələrinin birgə aksiyası idi: “Əli Kərimli nifrət etdiyi adamların qapılarını gəzib onlardan xahiş edirdi. Bu da onu göstərir ki, Kərimli yenə xaricdən sifariş alıb. Onu yaxından tanıyan adamlar yaxşı bilir ki, xaricdən sifariş almasa idi, heç zaman Arif Hacılının, İlqar Məmmədovun qapsında boynunu pükməzdi. Bilirsiniz ki, AŞPA-da Azərbaycanla bağlı məsələnin müzakirəsi var və bu daha çox iqtidara lazım idi. Əli Kərimli tələbəlik illərindən iqtidarların və müxtəlif xarici dairələrin hər zaman xidmətində olub. ABŞ-ın Milli Demokratiya İnstitunun taşırığı ilə 2003-cü ilin prezident seçkilərində Etibar Məmmədovu müdafiə etməsinə də bu yaxınlarda ən sadiq tərəfdarlarından biri Qorxmaz Əsgərov aydınlıq gətirdi. O yazıb ki, Kərimli xarici tapşırıqla İsa Qəmbəri deyil, Etibar Məmmədovu dəstəklədi. ABŞ səfirinin tapşırığı ilə Ki Uest (Key West) şəhərində Qarabağla bağlı danışıqlar zamanı elan olunmuş mitinqin təxirə salmasını da hamı bilir. Onu hamı tanıyır, heç kim etibar etmir və hər kəs bacardığı formada istifadə edir. Bunları ona görə söyləyirəm ki, bəzi gənclər ola bilsin onu yaxşı tanımır. Onu yaxından tanıyanlar əvvəlkilər kimi xəyal qırıqlığına uğrayacaq. O tərəfdarlarını nəinki qələbəyə aparmayacaq, əksinə onlara yalnız məhrumiyyətlər yaşadacaq. Hər zaman Kərimli bu cür şoular göstərməklə bır sıra gəncləri həyatlarını məhv edib”.
N.Orduxanlı bildirib ki, bu gün Əli Kərimliyə jurnalistlər sual verməlidir ki, İngiltərədə yaşayan oğlun ali təhsilini başa vurduğu halda, niyə gəlib öz əsgərlik xidmətini yerinə yetirmir: “Qışqıra-qışqıra deyir ki, sizi qələbəyə aparacam. O gəncləri qələbəyə yox, həbsxanalara göndərəcək. Hər zaman olduğu kimi Qənimət Zahidov canlı efirdə deyir ki, Əli Kərimlinin oğlu İngiltərədə təhsilini tam başa vurub və orada işə düzəlib. Ən azından Əli Kərimlinin oğlu fəraridirsə, bunu onun yanında olan gənclər bilməlidir. Öz övladlarının İngiltərədəki unversitetlərə yüz minlərlə avro vəsait ödəyirdi. Oğlunu əsgərlikdən yayındıran bir adamın səmimiyyətinə inanmayın. Bilin ki, bu adam növbəti dəfər həmin gənclərdən, şəxslərdən istifadə edir. Aldığı tapşırığı yerinə yetirir. O insanların hesabına Kərimliyə yüz minlərlə avro vəsait verəcəklər. O da həmin pulları İngiltərədə konfort həyat yaşayan övladlarına xərcləyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB