ABŞ Rusiyaya qarşı sanksiyaların ciddi şəkildə davam edəcəyini vəd edir
ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasəti mövcud prezident Ağ Ev administrasiyalarına nisbətən daha sərtdir. SİA-nın xəbərinə görə, bu barədə ABŞ Xəzinədarlıq Departamentinin katibi Stiven Mnuçin bildirib.
O qeyd edib ki, Moskvaya qarşı tətbiq olunan sanksiyalar siyasəti bundan sonra da davam edəcək.
“Mövcud rəhbərlik əvvəlki administrasiyaya ilə müqayisədə Rusiyaya qarşı daha sərtdir. Hazırda daha çox anti-Rusiya sanksiyaları tətbiq edilib və bu davam etdiriləcək”, -deyə S. Mnuçin dilə gətirib.
Qeyd edək ki, ABŞ və bir sıra digər Qərb dövlətləri Ukraynadakı hadisələrlə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Məhdud tədbirlər müntəzəm olaraq uzadılıb və Vaşinqtonun "nifrətinə" düşmüş Rusiya müəssisələrinin, təşkilatlarının və vətəndaşlarının siyah siyahıları daim genişlənib və artırılıb.
Xatırladaq ki, 2018-ci ilin payızında ABŞ Dövlət Departamenti Vaşinqtonun “Skripal” adlandırdığı iddiaya qarşı yeni Rusiya əleyhinə sanksiyalar hazırladığını açıqladı. Moskva əleyhinə əvvəlki məhdudlaşdırıcı tədbirlər 27 Avqust 2018-ci ildə tətbiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB