İki qurum "Səs" qəzetinin kollektivini təbrik edib

İki qurum "Səs" qəzetinin kollektivini təbrik edib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevi qəzetin yaranmasının 28 illiyi münasibətilə təbrik edib. SİA-nın verdiyi məlumata görə, təbrikdə bildirilir ki, Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri olan və bir sıra uğurlara imza atan “Səs” qəzeti Ümummilli Liderimiz Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunun təbliğində mühüm rol oynayır: "Fəxrlə deyə bilərik ki, “Səs” qəzeti mənim üçün ən əziz qəzetdir”-deyən Ulu Öndərin etimadını rəhbərlik etdiyiniz qəzet bütün fəaliyyəti ilə doğruldur. Eyni zamanda, “Səs” qəzeti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın lider ölkələrindən birinə çevrilən Azərbaycanda baş verən müsbət dəyişikliklərin, eləcə də ölkə həqiqətlərinin ictimaiyyətə dəqiq və qərəzsiz çatdırılmasında böyük rol oynayır. Sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, rəhbərlik etdiyiniz qəzetin kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

***

Azərbaycan İlahiyyət İnstitunun rektoru Ceyhun Məmmədov da “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevi qəzetin yaranmasının 28 illiyi münasibətilə təbrik edib. SİA-nın verdiyi məlumata görə, təbrikdə "Səs"in kollektivinə gələcək fəaliyyətində nailiyyətlər arzulanıb: "Bu gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizm mərkəzi kimi tanınır. Respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür.

“Səs” qəzetinin Azərbaycan mediasında özünəməxsus yeri vardır. Qəzet öz fəaliyyətində dini mövzularda yazılara, dini sahədə cərəyan edən hadisələrə, o cümlədən Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin işıqlandırılmasına geniş yer verir.

Biz bu əməkdaşlığı yüksək qiymətləndirir, gələcək fəaliyyətinizdə Sizə və kollektivinizə yeni-yeni uğurlar arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə