Mehman Hüseynov doktor Hayder ola bilmədi TƏRS BAXIŞ

Mehman Hüseynov doktor Hayder ola bilmədi TƏRS BAXIŞ

Və ya “ac” Maqqoşun meymunluğu

Bugünlərdə, həmkarım, keçmiş millət vəkili Etibar Hüseynovun maraqlı bir statusu ilə qarşılaşdım. Sözügedən status Avropada “SDİ”-nin direktoru Leyla Yunusla birgə Azərbaycan dövləti əleyhinə kampaniyalar quran “hüquq müdafiəçisi” Emin Hüseynovun qardaşı, “videobloger” adı altında videomeymunluq edən, hətta müvafiq həbs cəzası almasına rəğmən, cəzaçəkmə müəssisənidə dinc dayanmayan Mehman Hüseynovla bağlıdır. Status isə belədir: “Televiziyada " Maşın Şou" bitən kimi, Fb-də "Aclıq olsun, kef olsun" şousuna start verildi. Bu gedişlə oyunun qəhrəmanı- 8 (!!!) gündür ki, "quru aclıq" keçirən Mehman Hüseynov, amerikalı doktor Hayderi kölgədə qoyacaq...”.

Demə, Mehman Hüseynov “lotuymuş”, bizim də xəbərimiz yox...

Məğzə keçməmiş onu da xatırladım ki, M.Hüseynov cəzasını çəkdiyi müəssisədə daxili qaydaları pozması ilə yanaşı, həm də orada xidmət keçən əməkdaşa qarşı nalayiq hərəkətlərə yol verib, hətta ona fiziki güc də tətbiq etməyə cəhd göstərib. Nəticədə, qanunun bu istiqamətdəki tələbləri növbəti dəfə ona şamil olunub. İş istintaqdadır və məhkəmə olacaq. İndi bu məhkəmə hansı qərarı çıxaracaq, ya da çıxarmayacaqsa, bu artıq əlahəzrət qanunun və bu qanunun tələblərindən nəticə çıxaran hakimlərin işidir.

Bütün bunlardan “qeyzlənən” M.Hüseynov dərhal “ölüm aclığı” deyilən saxta aksiyaya başlayıb. Demə, bu şəxs cəza çəkdiyi müəssisədə nə istəsə, onu da edə bilərmiş. Yaxud, demə bu şəxs elə sanırmış ki, Azərbaycanın qanunları ona şamil-filan olunmurmuş. Yəni, M.Hüseynov “lotuymuş”, bizim də xəbərimiz yox... Əslində, “lotuluğu”, “potuluğu” qalsın bir kənara, hələ bir neçə il öncə, qardaşı Emin Hüseynov “pudralanıb-kraskalanaraq”, İsveçrə səfirliyi vasitəsi ilə ölkədən qaçarkən bəlli idi ki, qardaşı M.Hüseynov üçün də “pudra-kraska” vurmaq, saçına rezin taxıb, “ya mamina duroçka” stilində hörük hörmək heç də çətin proses deyilmiş. İndi, bu adam “kişilənib” və hətta (!) vəzifəsini həyata keçirən zabitə belə, əl qaldırıb, sabotaj törədir. Adını da qoyur ki, “siyasi məhbusdur”, özü də “xalisindən” (?!) Bütün bunlardan sonra, “aclıq aksiyasına” başlayıb. Ancaq gəlin görək, başlayıbmı? Deyilənə görə, artıq penitensiar xidmətdən bildirilib ki, M.Hüseynov heç də “aclıq aksiyası” keçirmir, yeyir də, içir də, üstəlik telefonla da danışır. Fəqət, belədirsə, onda M.Hüseynovun bəlli məsələsi nəyə görə ictimailəşdirildi? Əslində, səbəbləri bəllidir və bəlli olduğuna görə də uzağa getməyə fikrim yoxdur...

Hayder gizli vitaminlər qəbul etsə belə...

İndi isə keçək doktor Hayderə. Kimdir Hayder? Onun barəsində məlumatda yazılır: “Amerikalı astofizik-alim Çarlz Hayder bütün dünyada sülhün bərqərar olunmasını arzulayıb. O bu məqsdələ 1986-cı il sentyabrın 23-də aclıq aksiyasına başlamışdı. Onun aksiyasının əsas tələbi Ronald Reyqan hakimiyyətinin Sovet İttifaqı ilə silah yarışından imtina etməsi və 2000-ci ilə qədər ölkədə bütün nüvə başlıqlarının məhv edilməsi idi. Ameriklaı alimin bu addımı Sovet İttifaqında da Hayderin adını populyar etmişdi. 218 gün davam edən aksiya SSRİ prezidenti Mixail Qorbaçocun aclığı dayandırmaqla bağlı xahiş məktubundan sonra başa çatmışdı. Lakin 218 gün ərzində yalnız isti su və dəniz duzu qəbul etdiyini desə də, çoxsaylı şahid ifadələrinə görə alim gizlincə vitamin qəbul edirmiş...”

Beləliklə, hətta dünyanın diqqətini ölüm aclığı ilə özünə cəlb edən doktor Hayder, altna-altdan vitamin-filan yeyirmiş ki, acından ölüb-eləməsin.

Amma buna baxmayaraq, M.Hüseynov heç altdan-altdan vitaminyeyən Hayder də ola bilmədi. Heç ola da bilməz. Hayder hara, videomeymunluğu vastəsi ilə kimin gəldi bostanına daş atan saçırezinli Maqqoş hara...

Hayderdən fəqli olaraq, onun yeyib-içib “aclıq” etməsi heç 10-ca gün də çəkmədi. “Ay səni meymuuuun...” ifadəsini də, elə Mehman kimi Maqqoşlara deyirlər daaa...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə