Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Facebook vasitəsi ilə çıxdığı canlı yayımda iddia edib ki, istehlakçılar üçün qazın qiyməti artmayacaq. SİA Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə etdiklərini bildirib: “Biz, rus təbii qazının təchizatı ilə bağlı qiymətləri müzakirə etdik və demək olar ki, razılığa gəldik”.
Paşinyanın tam nəticə əldə olunmamış belə bir fikirlə çıxış etməsi erməni sosial şəbəkə istifadəçiləri arasında, eləcə də ictimai rəyində birmənalı qarşılanmayıb. İddia olunub ki, əgər bu yaxınlarda Nikol Paşinyan Moskvaya rəsmi səfərində Vladimir Putinlə sözügedən mövzu ilə bağlı hər hansı bir razılığa gələ bilməyibsə, telefon danışığı vasitəsilə hər hansı bir ortaq məxrəcə gəlmək mümkün deyil.
Qısaca, ermənilər Paşinyanın növbəti dəfə boğazdan yuxarı danışdığının fərqinə varmaqla yanaşı, onun Rusiya qazının qiyməti məsələsində də öz xalqını “qazladığı” açıq-aydın görünməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB