Paşinyan Rusiyadan qulaqburması aldı TƏHLİL

Paşinyan Rusiyadan qulaqburması aldı TƏHLİL

Nikol Paşinyan Moskvaya getdiyi barədə sosial şəbəkədə öz səhifəsində məlumat verir və bu gedişin işgüzar xarakterdə olduğu haqda yenə də yanlış fikir formalaşdırmağa çalışır. Ermənistana məxsus 1in.am saytında da bu barədə məlumat verilir və guya ki, baş nazir səlahiyyətlərinin icraçısının bu səfərdə məqsədi ikitərəfli münasibətlərin, eyni zamanda gələcək perspektivlərin müzakirəsidir. Halbuki, faktiki olaraq, onun parlament seçkilərindən sonra ilk xarici səfəri Moskvayadır və göründüyü kimi Rusiya prezidenti Vladimir Putin Paşinyanı öz hüzurunda görmək istəyir.

Rusiya prezidentinin elan etdiyi səfər barədə məlumatı bir nüçə gün bundan qabaq rəsmi şəkildə erməni tərəfi də ttəsdiqlədiyi halda Paşinyanın yenə də belə pafoslu çıxışları gülünc səslənir. Hətta, parlament seçkiləri ilə əlaqədar Rusiya tərəfinin, şəxsən Vladimir Putinin hələ də onu təbrik etməməsi təsdiq edir ki, bu səfər ikitərəfli münasibətlərin, perspektivlərin müzakirəsinə xidmət edə bilməz. İndi Ernənistanın özündə belə çoxları bunu Putinin Paşinyanı özünəməxsus şəkildə rədd etməsi hesab edirlər. Belə olan təqdirdə hansı ikitərəfli müzakirələrdən, hansı perspektivlərdən söhbət gedə bilər və ümumiyyətlə erməni cəmiyyəti belə Paşinyanın bu uydurmalarına inanırmı? Əlbəttə ki, inanmır və hamıya əyandır ki, Putinin Paşinyanı hüzuruna çağırmaqda məqsədi heç də ikitərəfli əlaqələr, perspektivlər ola bilməz.

Rusiya tərəfi bu vaxta qədərki xəyanətlərinə görə ermənilərin dırnaqarası liderinin başını sığallamaq üçün onu Moskvaya dəvət etməyib

Rəsmi Moskva Ermənistanın ipinin üstünə yük qoya biləcəyinə artıq zərrə qədər inanmır və ermənilər indi ruslar üçün qətiyyən maraq dairəsində deyillər. Ermənistan cəmiyyətinin istənilən anda mütləq şəkildə Qərbə üz çevirməyəcəyinə indi kimsə zəmanət verə bilməz və əslində bunun əksini düşünənlər daha çoxdur və bu mənada haqlıdırlar da. Çünki, ermənilər “məxməri inqlab” adlandıqları sonuncu dövlət çevrilişi zamanı və ondan sonra Rusiyanı bir müddət hesaba belə almırdılar və ruslar da bunun fərqindədirlər. Fərqindədirlər ki, ermənilər istənilən anda Rusiya ilə münasibətləri də, elə rusları da bir anda sata, Qərbin ayaqları altına ata bilər. Məhz bu mənada, artıq Ermənistan-Rusiya münasibətlərindən danışarkən ikitərəfli əlaqələr və perspektivlərdəm söhbət gedə bilməz.
Bəzən işğalçı dövlət Rusiya-Ermənistan münasibətlərindən ağızdolusu danışmağa çalışmaqla gözdən pərdə asmağa çalışır. Hətta sonuncu gedişin nəticələri, Risiya prezidentinin dəvəti ilə Moskvaya yollanan Paşinyanı ikitərəfli münasibətlərdən başqa hələ nələr gözlədiyi və hansı dilemma qarşısında qalacağı da müəmmalıdır. Amma hər bir halda Rusiya tərəfi bu vaxta qədərki xəyanətlərinə görə ermənilərin dırnaqarası liderinin başını sığallamaq üçün onu Moskvaya dəvət etməyib. Çox güman ki, bunun əksini müşahidə edəcəyimiz daha inandırıcı görünür.

Putin laqeyidliyi ilə Paşinyana yetərincə dərs verə bilib və indi onun dəvətindən sevincək olan baş nazir səlahiyyətlərinin icraçısı az qala başını itirib

Ermənistandakı parlament seçkilərindən az qala bir təqvim ayı keçir və Rusiya prezidenti Vladimir Putin hələ də Nikol Paşinyanı təbrik etməyib. Rusiya prezidentinin bu seçkilər barədə rəyinə, fikirlərinə belə heç yerdə rast gəlinmir. Sanki, Vladimir Putin ermənilərin seçki keçirdiyindən xəbərsizdir və belə bir seçki olduğunun da fərqində deyil. Amma, məsələ heç də göründüyü kimi deyil və Putin bu seçkilərin ən xırda detallarından tutmuş qanun pozuntularına, seçki saxtakarlıqlarına qədər tam məlumatlıdır və Paşinyanın bu dəfəki oyunları da onun üçün sirr ola bilməz.
İş ondadır ki, Putin bu laqeyidliyi ilə Paşinyana yetərincə dərs verə bilib və indi onun dəvətindən sevincək olan baş nazir səlahiyyətlərinin icraçısı az qala başını itirib. Maraqlıdır, doğrudanmı Paşinyan özü də elə hesab edir ki, Putin ona ikitərəfli münasibətlər təklif edəcək? Yoxsa, perspektivlərin müzakirəsinə Paşinyanın ümidləri var? Bəlkə, Ermənistanın bundan sonra Rusiya tərəfindən hörmət və ehtiramla qəbul olunacağına da gümanı var?
Çox güman ki, Ermənistanın bu vaxta qədərki özbaşınalıqlarına Rusiya prezidentinin artıq səbr kəsası dolub və işğalçı dövlətə həddini bildirmək lazım olduğunu düşünür. Vladimir Putin Nikol Paşinyanı hüzuruna qulaqburması vermək üçün çağırıb. Daha dəqiq desək, Paşinyan bu dəfə Rusiyaya qulaqburması almağa gedir. Əslində, erməni lideri bu vaxta qədər də dərk etməli idi ki, Rusiya onun üçün hərhansı banan respublikası, yaxud səfalət içində inləyən Ermənistan deyil ki, manipulyasiya edə bilə. Paşinyan bilməli idi ki, nə vaxtsa Rusiya ondan hesab soracaqdı və çox güman ki, hesab vermək zamanı çoxdan yetişib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə