Fransa Vidadi İsgəndərli ilə bağlı tələblərə ölçü götürməlidir TƏLƏB!
Terror və qeyri-sabitliyə çağıran ünsürlər beynəlxalq qanunlara qarşı çıxdıqlarına görə, müvafiq cəzalar almalıdırlar
Artıq uzun müddətdir ki, Avropa ölkələrində saxta yollarla “siyasi mühacir” statusu almış ünsürlər istər Azərbaycan hakimiyyətinə, istərsə də, bütövlükdə Azərbaycan dövlətinin maraqlarına qarşı ən çirkin kampaniyalar aparır, o cümlədən, dövlət çevrilişi, anarxiya və terror çağırışları edərək, bu vasitələrlə nökərçilik etdikləri donor-maliyyə təşkilatlarına yarınmağa çalışırlar. Əbəs deyil ki, sağlam düşüncəli ictimai rəy dəfələrlə bu tiplərin xüsusilə erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərən xarici qurumlardan aldıqları qrantlar üstündə açıq savaşa çıxır, hətta bir-birlərini ən ağır ifadələrlə təhqirlərə məruz qoyurlar. Bu isə onu göstərir ki, belələri sadəcə, “müxalif baxışlı siyasi mühacir” adı altında guya hakimiyyətlə mübarizə apardıqlarını xarici ağalarına nümayiş etdirirlər və onları maraqlandıran yeganə amil kirli, xəyanətlər bahasına qazandıqları pul-paralardır.
Vidadi İsgəndərli Fransada saxta yollarla “siyasi mühacir” statusunu alıb, özünü “dissident” kimi təqdim etsə də...
Belə ünsürlərdən biri də keçmişi kifayət qədər çirkli və qaranlıq olan, “gücünü” şər –böhtan, mənəviyyatsızlıq və ləyaqətsizliklə “ölçən” Vidadi İsgəndərlidir. Artıq onun barəsində kifayət qədər materiallar, açıqlama və münasibətlər verilib və rüsvayçı kimliyi barədə demək olar ki, hər kəs məlumatlıdır.
Lakin digər məqam budur ki, hazırda Fransada saxta yollarla siyasi sığınacaq alıb, özünü “dissident” kimi təqdim edən bu rəzil məxluq adıçəkilən ölkədə aşkar şəkildə Azərbaycanda sabitliyi pozmağa, terror törətməyə, cinayətlərə əl atmağa, ümumiyyətlə, qanunlara zidd olan hər şeyi tətbiq etməyə sosial şəbəkələr üzərindən çağırışlar edir. Ancaq onun bu qanunsuz əməllərinə Fransa dövlətinin müvafiq qurumları heç bir ölçü götürmürlər. Halbuki, bu cür əxlaqsızlar, cinayətkarlar barədə onlarda kifayət qədər məlumatlar var.
Fransanın hüquq-mühafizə orqanları Vidadi İsgəndərliyə - başqa dövlətdə oturub, digər dövlət üçün terror çağırışları edən bir cinayətkara necə deyərlər, yenidən nəzər salmalıdırlar
İlk növbədə, V.İsgəndərli kimi cinayətkarın layiq olduğu cəzasını almaq üçün Fransanın Azərbaycandakı səfirliyinə müvafiq sorğular göndərilməli, Fransa dövlətindən rəsmi olaraq, onun barəsində tədbirin görülməsi tələb edilməlidir. Bu, Azərbaycanı xalqının iradəsinə qarşı hörmətsizliyini qarşısının alınması üçün vacib amillərdəndir. Əgər bu ünsür Fransa dövləti tərəfindən sığınacaq alıbsa, demək ki, onun barəsində müəyyən materiallar da mövcuddur və Fransanın hüquq-mühafizə orqanları V.İsgəndərliyə - başqa dövlətdə oturub, digər dövlət üçün terror çağırışları edən bir cinayətkara necə deyərlər, yenidən nəzər salmalıdırlar.
Fransada Vidadi İsgəndərliyə sözügedən şəraitin yaradılması qətiyyən yolverilməzdir!
Fransa dövləti ona görə bu addıma getməlidir ki, ən azından, öz daxilində davam edən məlum hadisələrdən nəticələr çıxarmalıdır. Həmçinin, insanları zorakılığa, terror törətməyə çağırmaq, qeyri-konstitusion davranışlara sövq etmək, suveren xalqın iradəsinə, demokratiya normalarına, eləcə də beynəlxalq qanunvericiliyə ziddir. Bu baxımdan, şübhəli şəkildə Fransada “siyasi sığınacaq” alaraq, özünü “dissident” elan edən, bu ölkədə yaşayaraq, Azərbaycanın dövlət institutlarını, simvollarını ən eybəcər və insanlıq çərçivəsinə sığmayan formada təhqir, təhdid edən, xalqı dövlət çevrilişinə çağıran V.İsgəndərliyə sözügedən şəraitin yaradılması qətiyyən yolverilməzdir!
Fransa dövləti və hakimiyyəti onu da dərk etməlidir ki, V.İsgəndərli Azərbaycanda yaşadığı dövrlərdə heç bir siyasi fəaliyyət göstərməyib, heç bir siyasi proseslərdə ən sıravi siyasətçi kimi belə, çıxışlar etməyib və buna görə də, ümumiyyətlə, “siyasi mühacir” statusunu daşıya bilməz. Həmçinin, V.İsgəndərli vaxtilə dövlət orqanlarında işlədiyi vaxt, ciddi və yolverilməz nöqsanlara yol verdiyinə görə işdən çıxarıldıqdan sonra, Azərbaycan pozuculuq fəaliyyətinə başlayıb, sosial şəbəkələrdə iğtişaşlar törədəcəyi ilə bağlı təhdid, təhqir dolu materiallar yerləşdirib.
Psixiki pozğunluğu olan Vidadi İsgəndərlinin bəlli davranışları bilavasitə Azərbaycanın dövlətçilik maraqlarına, bu dövlətçiliyi göz bəbəyi kimi qoruyan Azərbaycan xalqına qarşı açıq təxribatdır
Bu kimi faktlar isə onun Azərbaycan xalqının iradəsinə göstərdiyi və yumşaq dillə desək, hörmətsizliyinin bariz sübutudur. Eyni zamanda, onun bu cür davranışları belə deməyə əsas verir ki, psixoloji durumu da yerində deyil və adekvatlığa cavab vermir. Nəticədə V.İsgəndərlinin bəlli davranışları bilavasitə Azərbaycanın dövlətçilik maraqlarına, bu dövlətçiliyi göz bəbəyi kimi qoruyan Azərbaycan xalqına qarşı açıq təxribatdır.
Beləliklə, Fransa dövləti və hakimiyyəti anlamalıdır ki, bu cür ünsürlərin həmin dövlətdə “siyasi sığınacaq” tapması heç bir məntiqə uyğun gəlmir və onun barəsində edilən şikayət və müraciətlərə rəğmən, ölçülərin götürülməməsi Fransanın Azərbaycana münasibətindəki səmimiliyini böyük sual, habelə şübhə altında qoymaqdadır. Bütün bunlardan nəticə çıxarmalı olan Fransa dövləti, bu ölkənin müvafiq və aidiyyatlı qurumları V.İsgəndərli barədə onun terrora, iğtişaşlara, qeyri-sabitliyə, anarxiyaya, zorakılığa yönəlmiş çağırışlarına diqqət yetirməli, lazımi tədbirlərini həyata keçirərək, müvafiq, gərəkli addımlarını atmalıdır!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB