Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ABŞ prezidentini gələn il Türkiyəyə rəsmi səfərə dəvət edib. SİA-nın Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
İbrahim Kalın bildirib ki, Ərdoğanın bu dəvəti cari ayın 14-də tərəflər arasında baş tutan telefon təmasında baş tutub.
O həmçinin bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Ərdoğanın bu dəvətinə müsbət baxır.
Türkiyə rəsmisi bu telefon təması haqda daha bir maraqlı məlumat verib və iddia edib ki, Tramp Suriyadan çıxma qərarını Rəcəb Təyyib Ərdoğanın tövsiyələrinə qulaq asaraq, verib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB