Qüdrət Həsənquliyev: “Oğuz-Qəbələ-Bakı su kəməri Bakı-Tbilisi-Ceyhanla müqayisə oluna biləcək bir kəmərdir” - MÜNASİBƏT
"Oğuz-Qəbələ-Bakı su kəməri Bakı-Tbilisi-Ceyhanla müqayisə oluna biləcək bir kəmərdir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O Bakıya çəkilən su kəməri ilə əlaqədəar bütün paytaxt sakinlərini ürəkdən təbrik edib.
Millət vəkili daha sonra Bakı-Naxçıvan reyslərinin qiymətlərinin aşağı düşməsi məsələsinə də toxunub. Bildirib ki, blokadada olan Naxçıvana sərnişinlərin yeganə gediş-gəliş vasitəsi olan hava nəqliyyatında qiymətlərin aşağı salınması Dünya Azərbaycanlılarının Həmrəylik günündə dövlətimizin vətəndaşlara olan ən böyük hədiyyəsidir. Deputat bundan məmnun qaldığını bildirib.
"Bir müddət bundan qabaq Naxçıvana gedən təyyarələrin yenilənməsi və qiymətlərin aşağı düşməsi ilə əlaqədar təkliflər irəli sürümüşdük. Sevindirici haldır ki, bu təkliflər nəzərə alındı. Biz buna görə prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk", - deyə millət vəkili qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB