Bəxtiyar Hacıyev yenidən "acıb"

Onu danışdıran isə qrantdır...

Avropanın müxtəlif ölkələrində "siyasi mühacir" həyatı yaşayan bir qrup üzdəniraq azərbaycanlının Azərbaycan dövlətinə, xalqına və yüksək çinli dövlət və hökumət nümayəndələrinə qarşı böhtan, təhqir xarakterli çıxışlar etməsi artıq çoxunuza məlumdur. Məsələ ondadır ki, xarici havadarlarının əmri ilə oturub-duran bu ünsürlər son günlərdə yenidən aktivləşiblər. Belə ki, Fransada yaşayan Bəxtiyar Hacıyev adlı ünsür ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirməyə başlayıb.

Özlərini "demokratiya carçısı" və "ədalət tərəfdarı" kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər, əslində, xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərirlər. Məqsəd bəllidir: daha çox qrant almaq və həyat səviyyəsinin bahalı olduğu Avropada varlıqlarını davam etdirmək. Aldıqları qrantların qarşılığında isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi qoyulur. Ancaq bu qrantlar qarşıdurma yaratmaqla, iç üzlərinin açılmasına səbəb olmaqla yanaşı, həm də həqiqətlər də üzə çıxır. Onlar özləri də yaxşı bilirlər ki, irəli sürdükləri heç bir ittihama, qarayaxma kampaniyasına normal düşüncəli Azərbaycan vətəndaşı inanmır. Xarici ölkələrdə gizlənərək xalqa, dövlətə, məmur və ziyalılara, tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdıran Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rəfael Piriuev, Bəxtiyar Hacıyev və digər bu kimi üzdəniraq "mühacirlər" vaxt gələcək xəyanətlərinin qarşılığı olaraq qanun qarşısında cavab verəcəklər.

Xarici anti-Azərbaycan qüvvələrin əlaltısına çevrilənlər

Artıq Azərbaycanın demokratik inkişafının aydın mənzərəsini yaradan bu fikirlər, eyni zamanda, daxili və xarici bədxahlara ciddi mesaj kimi də dəyərləndirilməlidir. Lakin xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilən, qul psixologiyalarından yaranan erməni sevgilərini fürsət düşdükcə, açıq-aşkar nümayiş etdirməkdən belə utanmayan daxili bədxahlarımız ictimai qınağın ən böyük cəza olduğunu unudurlar. Onu da unudurlar ki, Vətənə, xalqa xəyanət heç kimə başucalığı gətirə bilməz. Ən əsası itirilmiş mənəviyyatlarını milyonlar xərcləsələr də, bərpa etmək imkanında deyillər. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəməkdən başqa, bir şey deyil. Və müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınanlar Orduxan Teymurxan, Bu şəbəkənin üzvləri Emin Hüseynov, Emin Milli, O.Teymurxan, Qənimət Zahid, Xədicə İsmayıl, Tural Sadıqlı, B.Hacıyev, Rəfael Piriyev və bu kimi əxlaqsızların ən böyük dəyərini zaman özü verir. Avropada oturub pul qazanan bu əxlaqsızlar ölkəmizə, dövlətə qarşı böhtanlar yacdırmaqla qrant əldə edir. Bu gün bu əxlaqsızlardan Bəxtiyar Hacılının yenidən "meydana" həyasız və iyrənc üsullara əl atması, görünür haqqı tapdalayan və ermənilərə qahmar çıxan O.Teymurxanın aqibətindən bir ibrət "dərsi" götürməyib. Və mənəviyyatsız və satqın "siyasi mühacir" adı ilə Aəzərbaycana, dövlətimizə və xalqımıza qarşı böhtan yağdıran bu əxlaqsız sosial şəbəkələrdə Azərbaycana qarşı "savaş" açmaq tapşırığını yerinə yetirir. Ancaq bir həqiqəti anlamır ki, nə qədər də erməni sevgilərini nümayiş etdirsələr də, heç nə dəyişməyəcək. Çünki Avropa ölkələrinə sığınan və kif atmış təfəkkürlü bu əxlaqsızlar söyüş və təhqirli ifadələr "siyasi fəaliyyət növü" deyil, bu əxlaqsızlıqdır və sizin kimilər ancaq idarə olunursunuz.

Zamanın hakimliyi, tarixin yaddaşlığı fonunda düşmən dəyirmanına su tökən belə ünsürlər daim qınaq obyektinə çevriləcək, tarixin zibilxanasının sakinləri kimi xatırlanacaqlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə