“Elektron Gəncə” layihəsi başa çatıb

“Elektron Gəncə” layihəsi başa çatıb

"Elektron Azərbaycan" layihəsi çərçivəsində "Elektron Gəncə" layihəsi artıq başa çatıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə həyata keçirilən layihənin əsas məqsədi Gəncədə bütün telefonların elektron sistemə keçirilməsini təmin etmək olub.

Ölkənin ikinci böyük şəhərində sözügedən layihənin icrası uğurla yekunlaşıb. SİA-nın qərb bürosu xəbər verir ki, bu gün 55 saylı ATS-in elektronlaşdırıldıqdan sonra istifadəyə verilməsi ilə Gəncə şəhərində analoq tipli ATS-lər ləğv edilib.

Bildirək ki, yeni ATS-in açılış mərasiminə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmiləri, Gəncə Telekommunikasiya Qovşağının rəhbərliyi qatılıb. Yeni ATS-in nömrə tutumu 12 minə çatdırılıb. 55 saylı ATS Gəncənin ən iri nömrə tutumlu ATS-dir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə ATS ən müasir şəbəkə olan NGN sistemi ilə yenilənib. Ümumilikdə "Elektron Gəncə" layihəsi çərçivəsində Gəncə şəhərində ümumi ATS-lərin sayı 68 minə çatdırılıb. Yeni sistem bir sıra üstünlükləri ilə diqqət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə