2010-cu il ərzində qərb bölgəsində fəaliyyət göstərən 50 dini icmadan 28-i qeydiyyatdan keçib. Dövlət qeydiyyatına salınan dini icmaların 27-si müsəlman, 1-i isə xristian yönümlüdür. Bu barədə SİA-nın bölgə müxbirinə Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə nümayəndəsi Firdovsi Kərimov məlumat verib.
Onun sözlərinə görə 8 dini icma quruma qeydiyyatdan keçmək üçün sənəd təqdim etməyib. "Qeydiyyatdan keçməyən dini icmalar demək olar ki, yox səviyyəsindədir. Bunlar da əsasən ətraf rayonların ucqar kəndlərindəki məscidlərdə namaz qılanlardır ki, orada da icma kimi fəaliyyət demək olar ki, yoxdur", - deyə F.Kərimov əlavə edib.
Bununla yanaşı, həmçinin il ərzində 154 nüsxə qanunsuz dini ədəbiyyat müsadirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB