"Səs" qəzetinin redaksiyasında dəyirmi masa keçirilib - FOTOSLAYD
Bu gün "Səs" qəzetinin redaksiyasında "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva, Gülər Əhmədova, politoloq Elman Nəsirov, MQF-nin prezidenti Rauf Zeyni və digər qonaqlar iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin şöbə müdiri İ. Əliyev tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. İ. Əliyev qonaqlara "Azərbaycan diasporunda nəticələr bizə nəyi verir?" sualı ilə müraciət edib.
Millət vəkili Aydın Mirzəzadə xarici ölkələrdə fəaliyyət göstərən diasporların formalaşması istiqamətində kifayət qədər tədbirlər görüldüyünü deyib: "Düzdür, müstəqil dövlət anlayışı hələlik kifayət qədər deyil. Amma, Azərbaycan bu sahədə müsbət nəticələr əldə edib. Bu gün Azərbaycan diasporunun bütün dünya ölkələri ilə sıx əlaqəsi var. Lakin Azərbaycan onların daxili siyasətinə qarışmır. Bu səbəbdən ölkələr arasında ancaq mədəni bir əlaqə yaranır".
Millət vəkili Qənirə Paşayeva diasporun inkişafının Azərbaycan üçün vacib məsələlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində diasporun inkişafı daim diqqət mərkəzindədir: "Diasporumuzun fəaliyyəti geniş olsada, illər əvvəl ölkədən gedən insanlarımızın Azərbaycanla heç bir əlaqəsi qalmayıb. Bu səbəbdən ilk növbədə diaspor daha da genişləndirilməlidir. Gediş-gəliş daha çox olmalıdır. İnsanları Azərbaycan-vətən düşüncələri altında birləşdirməliyik".
Politoloq Elman Nəsirov isə deyib ki, ölkələrin edə bilmədiyi bəzi məsələləri diaspor həll etmək gücündədir: "Prezidentimiz hər zaman öz çıxışında üç tezisi nəzərə çatdırır: 1. Mütləq xarici ölkələdə yaşayan insanlar bir-biri ilə sıx əməkdaşlıq etməlidirlər. 2. Yaşadığı ölkələrdə təşkilatlanmalıdırlar. 3. Vəhdət şəklində fəaliyyətə başlamalıdırlar. Bu da diasporun inkişafına gətirib çıxarır. Diaspor ilə əlaqə konkret şəkildə fəaliyyət göstərir. Bir milli ideya olmasa diasporda olmaz."
Digər çıxış edən qonaqlar da mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB