"Rusiya Paşinyan rejiminə öz etirazını bu cür bildirir" ÖZƏL-ŞƏRH
“Rusiya rəhbərliyinin Paşinyanı təbrik etməməsi erməni mediasında xüsusi gündəmdə saxlanır. Paşinyana yaxın KİV-lər həm Rusiya, həm də digər KTMT üzvü dövlət başçılarının onu təbrik etməməsinə ağrılı reaksiya verirlər, KTMT əleyhinə təbliğata yenidən start verilib. Yəni Ermənistan artıq dəfələrlə qeyd olunduğu kimi forpost bir ölkədir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.
Onun sözlərinə görə, işğalçı ölkə özünü müstəqil elan etsə də amma ona Rusiyanın əyaləti kimi baxılır: “Çünki orada olan bütün strateji obyektlər Rusiyanın mülkiyyətidir. Rusiyanın hərbi bazaları orada yerləşir. Yəni Rusiya bu dövləti öz itirdiklərini geri qaytarmaq üçün bir dəyənək kimi qonşulara isbat edir. Rusiya arxayın idi ki, bu ölkədə kimlər hakimiyyət gəlsə bu siyasəti davam etdirəcək. Amma indiki dövrdə rəsmi Moksvanın özü də embarqolara məruz qalıb və gərgin vəziyyətdədir. Beləcə Rusiya Ermənistanda iqtisadi vəziyyətin, sosial gərginliyin düzəldilməsinə dəstək verə bilmir. Bu baxımdan oradakı küçə hərəkatı və Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiya belə hesab etdi ki, orada kim hakimiyyətə gəlsə də əvvəlki siyasətini davam etdirməyə məcbur olacaq. Hətta əvvəllər Paşinyanın Rusiyaya səfər etməsi və müəyyən bəyanatlar verməsi də onun ziddiyətlərini göstərdi. Paşinyan Qərbə və Rusiyaya ayrı-ayrı söz deyirdi.
Robert Koçaryanın həbs olunması digərinə qarşı isə cinayət işi açılması artıq Rusiyada belə bir qənaətə gəlinib ki, indiki Paşinyan rejimi Qərbə daha çox meyillənir və Qərbin dəstəyi ilə Rusiyadan uzaqlaşmağa çalışır. Bu baxımdan Rusiya Paşinyan rejiminə öz etirazını gizli yolla bu cür bildirir və təbrik etmir. Bu ilk növbədə diplomatik təzyiqdir. Yəni dünya görsün ki, Rusiya indiki hakimiyyətdən əlini üzüb. Təbii ki, bu da Rusiya üçün böyük fəlakətdir. Çünki Ermənistan forpost ölkədir və Rusiyaya tabedir. Beləcə Ermənistanın Qərbdən ikiəlli yapışmaq imkanı yoxdur. Məsələn, Saakaşvili rejimi ikiəlli yapışdı və aqibəti məlum oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB