XİN rəsmisi Avropa Parlamentinin qətnaməsinə münasibət bildirdi
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Parlamentinin dekabrın 12-də qəbul etdiyi "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" adlı qətnaməyə münasibət bildirib. SİA-nın verdiyi məlumata görə, nazir müavini vurğulayıb ki, bu qətnamə ilə münaqişələrin həlli istiqamətində heç bir fərqlilik olmamalıdır: "Əvvəllər qətnamələr qəbul olunanda qeyd edilirdi ki, Ukrayna, Gürcüstan, Moldovadakı münaqişələr beynəlxalq prinsiplər əsasında həll edilməlidir. Azərbaycana çatanda deyirdilər ki, ATƏT-in Minsk Qrupu var və o, həll eləsin".
XİN rəsmisinin sözlərinə görə, o zaman münaqişənin hansı norma və prinsiplər əsasında həllinə dair referens yox idi: "Avropa Parlamentinin qəbul etdiyi qətnamədə artıq qeyd olunur ki, 4 ölkənin ərazi bütövlüyünü tanıyır və fərq qoyulmadan bu ölkələrdə olan münaqişələr eyni prinsiplər ilə həll olunsun".
M.Məmmədquliyev, həmçinin qeyd edib ki, QDİƏT-ə üzv ölkələrdə mövcud olan münaqişələr sanki bir sədd yaradır və ölkələr arasında tam iqtisadi əməkdaşlığın qurulmasına mane olur: "Biz QDİƏT çərçivəsində siyasi məsələləri həll etmirik. Bu, iqtisadi qurumdur. Məhz buna görə Ermənistanın iclasda iştirak edən nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB