DQMK ölkədə fəaliyyət göstərən QHT və KİV-lərlə görüş keçirib-TƏDBİR
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə görüşü keçirilib. SİA-nın xəbərinə görə, görüşün məqsədi komissiyanın fəaliyyəti və dövlət qulluğu sahəsində aparılan islahatlar barədə qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinə məlumat vermək və bu qurumlarla gələcək əlaqələri inkişaf etdirməkdir.
Tədbirdə çıxış edən DQMK-nın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli "Dövlət qulluğuna tənzimləmə institutları" mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, ölkədə 2000-ci ildə qəbul edilən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu 2001-ci ildən qüvvəyə minib. R.Məcidbəyli vurğulayıb ki, qanunun qəbulu ilə dövlət sektorunda insan resurslarının idarə edilməsi ilə bağlı yeni dövr başlayıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2005-ci ildə təsis edildiyini deyən qurum rəsmisi vurğulayıb ki, onun missiyası dövlət qulluğu və kadrlar məsələləri ilə bağlı işlər görmək, dövlət qulluğu vəzifələrinin tutulması üçün 6-cı və 9-cu təsnifat üzrə müsabiqələr təşkil etməkdən ibarətdir.
"Dünyada dövlət qulluğu sisteminin nəzəri cərəyanları açıq və qapalı sistemlərə ayrılır və bu da öz növbəsində karyera və vəzifə/müqavilə sistemlərinə bölünür. Dövlət qulluğuna qəbulun karyera və ya vəzifə/müqavilə sistemlərinin də mənfi və müsbət cəhətləri var. Karyera sistemi Azərbaycan, Avstriya, Fransa, Almaniya, İspaniya, Rumıniya, Bolqarıstan və Portuqaliyada, vəzifə/müqavilə sistemi isə ABŞ, Kanada, Böyük Britaniya, Danimarka, Finlandiya, İtaliya, Avstraliya və İsveçrədə yayılıb. Dövlət qulluğu sistemlərinin inkişaf istiqamətləri ilə bağlı ümumi və ya fərdi meyllənmələr də mövcuddur", – deyə o əlavə edib.
Daha sonra o, gələcək işlər barədə də məlumat verib. R.Məcidbəyli bildirib ki, 2011-2015-ci illəri əhatə edən dövlət qulluğu haqqında qanunda təkmilləşdirilmiş dövlət qanunu sahəsində mövcud olan yeni tənzimləmə institutunun yaradılması, çevik mexanizmlərə əsaslanan əməyin ödənilməsi sistemində ciddi dəyişiklər etmək nəzərdə tutulur.
Görüşün davamında müxtəlif mövzular üzrə müzakirələr davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB