"Gürcüstan Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir". SİA-nın xəbərinə görə, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı: "Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub. Bu məsələ artıq ona həvalə olunub. Düşünürəm ki, yeni ildən başlayaraq, biz işçi səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyasının növbəti iclasının keçirilməsinə nail ola bilərik. Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu, hər iki dövlət üçün vacib məsələdir. Çünki delimitasiya tezliklə başa çatmalıdır".
O qeyd edib ki, komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər: "Bu dövr ərzində sərhəd xəttinin üçdə iki hissəsi demək olar ki komissiyalar səviyyəsində razılaşdırılıb, protokollaşdırılıb. Üçdə bir hissəsi ilə bağlı isə işlər isə davam etdirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB