ABŞ-ın şimal-şərqinə güclü qar yağıb. SİA-nın xəbərinə görə, bəzi ərazilərdə qar örtüyünün qalınlığı 50 santimetr təşkil edib. Nəticədə ölkənin hava və dəmir yol nəqliyyatında fasilələr yaranıb. Nyuark Liberti, La Qardiya və C.F.Kennedi adına hava limanlarında, ümumilikdə təxminən 2 min aviareys təxirə salınıb. Hazırda Kennedi adına hava limanının fəaliyyətinin dayandırıldığı qeyd edilir. "Amtrak" dəmir yol şirkəti bir sıra iri şəhərlər arasında qatarların hərəkətini dayandırıb.
Sinoptiklərdə hava şəraitinin daha da kəskinləşəcəyini proqnozlaşdırırlar. Bu səbəbdən Virciniya, Merilend və Massaçusets ştatlarında fövqəladə vəziyyət elan edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bu ştatlarda əhaliyə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsi tövsiyə edilib. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər planı hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB