"Putin İlham Əliyevə dost münasibət bəsləyir" ÖZƏL-MÖVQE

"Putin İlham Əliyevə dost münasibət bəsləyir" ÖZƏL-MÖVQE

“MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə göstərdiyi diqqət ölkəmizin yürütdüyü düzgün xarici siyasətin nəticəsidir. Yəni qeyri-rəsmi ekspertlər, jurnalistlər, bəzi siyasətçilər səviyyəsində biz Rusiyanı Qarabağ probleminin memarı olmasını və birbaşa ermənilərə dəstək verməsini deyə bilərik”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, Azərbaycan rəsmiləri heç zaman bu məsələdə radikal mövqe tutmayıblar və hər zaman da Rusiyanı Azərbaycana dost ölkə hesab etdiyini deyiblər, daima əməkdaşlığa hazır olduqlarını bildiriblər: “Təbii ki, bunun da nəticəsində Putin də Azərbaycan Prezidentinə bu cür dost münasibət bəsləyir. Düşünürəm ki, Rusiya dövləti nə qədər ermənipərəst olsa da Ermənistanın indiki və əvvəlki rəhbərliyinin yürütdüyü siyasətin səhv nəticələrini, sürüşkən bir millət, dövlət olduğunu görürlər. Ona görə də stabil siyasət yeridən, öz mövqeyini açıq ortaya qoyan və qonşularla dostluq, əməkdaşlıq siyasəti yeridən Azərbaycanla da onlar məcburdurlar ki, o cür münasibət saxlasınlar. Bu da hesab edirəm ki, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək edə bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə