"Əsil həqiqət seçkidən sonra məlum olacaq" AÇIQLAMA-ÖZƏL

"Əsil həqiqət seçkidən sonra məlum olacaq" AÇIQLAMA-ÖZƏL

“Ermənistanda seçkilərlə əlaqədar olaraq hazırkı mərhələ təkcə bu ölkə üçün deyil, eləcə də beynəlxalq təşkilatlar, həmsədr dövlətlər üçün də kritik ərəfə idi. Çünki, bu ərəfədə Ermənistanda səslənən ifadələr həqiqətə deyil, kütləyə hesablanan, özlərinə sərf edilən variantda səsləndi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, düşmən ölkədə atılan bütün addımların arxasında yalnız seçkidə qalib gəlmək məqsədi daşıyır: “ Bu baxımdan müxtəlif vədlər verilir, bəyanatlar səslənir. Əsil həqiqət sabah keçiriləcək seçkidən sonra məlum olacaq. Seçkidə nə baş verəcəyini demək çətindir. Çünki Ermənistan sabit, stabil, müstəqil dövlət kimi yox qarmaqarışıq cəmiyyət, təşkilat kimi mövcuddur”.

Ermənistanın daxildən deyil, xaricdən idarə olunan bir toplum olduğunu deyən E. Məmmədov söyləyib ki, xarici havadarların seçkidə hansı variantdan istifadə edəcəyi məlum deyil: “Əgər Paşinyan seçilsə, seçkidən sonrakı dövrdə məlum olacaq ki, o, hansı xətti tutacaq. 6-7 ay müddətində sərsəm bəyanatlar verən Paşinyanın mövqeyini öyrənmək olmaz. Onun Dağlıq Qarabağla mövqeyi bundan sonrakı dövrdə məlum olacaq. Əgər seçkidən sonra Ermənistanda vəziyyət stabilləşə bilsə, ondan sonra onların ya şimala, ya da qərbə üz tutacağını görə biləcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə