Abel Məhərrəmov: “Düşünürəm ki, qiyabi təhsilin ləğvi heç vaxt olmayacaq” - AÇIQLAMA

Abel Məhərrəmov: “Düşünürəm ki, qiyabi təhsilin ləğvi heç vaxt olmayacaq” - AÇIQLAMA
"Düşünürəm ki, qiyabi təhsilin ləğvi heç vaxt olmayacaq. Məzmun yerində qalacaq, sadəcə forma dəyişəcək". SİA-nın xəbərinə görə, bu sözləri qiyabi təhsilin ləğvi ilə bağlı məsələyə münasibət bildirən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bidlirib ki, bu gün hər bir tələbənin iki təlim auditoriyası var. Rektorun sözlərinə görə, onlardan biri müəllimlərlə dialoqda olan auditoriya, digər isə virtual universitetdir.

"Vitual universitetdən istifadə etmə qiyabiçilərə çox kömək edir. Məsələn, İngiltərənin Açıq Universitetində 90 min tələbə təhsil alırsa, bunun 80 mini qiyabi üsulla, yəni distant sistemi ilə oxuyur. Gələcəkdə də ölkəmizdə qiyabi formanın məzmunu qalmaqla formasını dəyişərək distant təhsillə əvəz ediləcək. Ona görə də bu istiqamətdə heç bir narahatçılıq yoxdur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə