Venesuelalı deputat Juan Rekesensin prezident Nikolas Maduroya sui-qəsdlə bağlı 6 cinayətdə günahkar olduğu sübut olunarsa, o 30 il həbs cəzasına məhkum edilə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, millət vəkili ilə bağlı iclas dekabrın 18-nə təyin edilib.
Xatırladaq ki, avqustun 4-də Karakasda keçirilən paradda, partlayıcı maddə olan bir neçə polotsuz təyyarə hava vasitəsi Nikolas Maduronun olduğu kürsüyə yaxınlaşıb. Təxribat zamanı 7 mühafizəçi yaralanmış, prezidentə heç nə olmamışdı. Maduro sui-qəsd cəhdinin təşkilində Kolumbiya prezidentini günahlandırıb. Kolumbiya XİN-i rədd edib.
Sui-qəsdlə bağlı şübhəlilər sırasın 34 nəfər daxil olmuşdu ki, onlardan 14-ü Rekesens də daxil olmaqla tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB