Yaxud, danılmaz faktlar nəyi göstərir
Sirr deyil ki, ötən əsrin sonlarında, daha dəqiq desək, 80-ci illərin sonları-90-cı illərin əvvəllərində ölkəmizdə “urapatriotizm” adı altında “siyasi formul” əmələ gəlmişdi. Daha dəqiq desək, bu “siyasi formula” daha kimlər aid edilməmişdilər –Qarabağ cəbhəsində şəhidlərin nəşlərini ailələrinə pulla satan ikiayaqlı goreşənlərdən tutmuş məişət cinayətkarlarına qədər, adları belə anlaşılmayan partiya sədrlərindən tutmuş falçılara qədər hər kəs sadə xalqın gözü qarşısında “təmiz şəxsiyyət” kimi görünürdü. Azərbaycanın dünya ölkələri arasındakı nüfuzu çox aşağı olduğu vaxtlara təsadüf edən bu zamanlarda müəyyən xarici qüvvələr də boş dayanmırdılar. Onlar yenicə müstəqillik əldə etmiş dövlətimizə qarşı öz çirkin planlarını, məqsədlərini reallaşdırmaqdan ötrü məhz bu kimi “təmiz şəxsiyyətlərdən” maksimum şəkildə istifadə etməyə çalışırdılar.
Lakin bu gün nə həmin illərdir, nə də Azərbaycan o Azərbaycandır. Hətta bir neçə il bundan öncəyə qədər müxtəlif adlarda təsis edilmiş “5-ci kolon” belə, xarici siyasətimizin uğurları qarşısında diz çöküb, siyasi ölümə məhkum olub. Artıq nə bəlli xarici təşkilatların “siyasi məhbus” haray-həşirləri, nə də digər şivənləri onlara heç bir müsbət nəticələr vəd etmir.
Ancaq buna baxmayaraq, düşmən iş başındadır və onun “ipini” boş buraxmaq da olmaz. Xüsusilə, erməni lobbisinin himayəsi altında fəaliyyət göstərən “siyasi mühacir” adlı Vətən xainləri bu və ya digər şəkildə canlanmağa, Avropanın müxtəlif ölkələrinə səpələnərək, qrant qazanmağa cəhdlərini davam etdirirlər. Amma necə və hansı üsullarla..?
Onları maraqlandıran yeganə şey (!) qrantdır, o məsələyə ayrılan qrant ki, fahişəyə ödənilən pul belə, ondan təmizdir!
Biz uzun müddətdir ki, bu barədə yazır, müxtəlif faktları ortaya çıxarır və onların hər birinin üzərində ayrı-ayrılıqda fikirlərimizi ictimai rəyə çatdırırıq. Məsələn, sosial şəbəkələrdə “klaviatura qəhrəmanlığı” göstərənlərdən tutmuş, Avropa ölkələrinin küçələrində “ayı min bir oyun eylər” deyimi çərçivəsində əslində meymunluq, klounluq sərgiləyənlərə qədər kifayət qədər dəlillər göstərilib. Orduxan Temurxanın, Vidadi İsgəndərlinin, Tural Sadıqlının, Məhəmməd Mirzəlinin və sairlərinin son vaxtlar qrant üstündə bir-birlərini sözün əsl mənasında qırmaları barədə də son günlər isbatlı yazılar mediamızda işıqlandırılıb. Bir vaxtlar dövlət xadimlərinə, nüfuzlu şəxsiyyətlərə qarşı söyüş söyənlər, indi özlərini təhqir, həqarət atəşlərinə tuturlar, olmazın ifadələrlə bir-birlərinin üzlərinə belə tüpürürlər. Bax, həqiqət də bu tüpürmələrdən, söyüşlərdən doğmağa başlayıb. Daha doğru desək, onları əslində nə xalq, nə millət, nə də dövlət maraqları qətiyyən maraqlandırmır. Onları maraqlandıran yeganə şey (!) qrantdır, o məsələyə ayrılan qrant ki, fahişəyə ödənilən pul belə, ondan təmizdir!
Məhz Tural Sadıqlının “ADDA” adlı saxta qurum yaradıb, ona rəhbərlik etməsi sonradan onun Məhəmməd Mirzəli ilə “çaşqa-lojkalığına” son qoydu
Qrant üstündə mərhum atasının məzarı adından sui-istifadə edərək, onun “təhqir edilməsi” kimi iyrənc, yalan “ittihamlarla” sosial şəbəkələrdə çığır-bağır salan Vidadi İsgəndərli adındakı binəcib övladdan tutaraq, qardaşının həbs olunmasını özünə siyasi divident qazanmağa çalışan Tural Sadıqlıya qədər – hər biri nə qədər alçaq, ləyaqətsiz və vicdansız ünsürlər olduqlarını sübuta yetirmiş oldular. Bir xatırlatmanı da etmək pis olmazdı. Məhz Tural Sadıqlının “ADDA” (“Avropa Demokratiyaya Dəstək Alyansı”) adlı saxta qurum yaradıb, ona rəhbərlik etməsi sonradan onun Məhəmməd Mirzəli ilə “çaşqa-lojkalığına” son qoydu. Yəni son günlər mətbuatda onlar barəsində gedən ard-arda faktlar nəzərdə tutulmaqdadır.
Qeyd edək ki, bu həmin Tural Sadıqlıdır ki, qardaşı Elgizin həbs olunmasından sevincək olmuşdu. Halbuki, Elgiz Sadıqov narkotik ittihamı ilə həbs edilmişdi. Lakin Tural dərhal sosial şəbəkələrə çıxıb, ard-arda hədyanlar səsləndirib bununla qrant aldığı təşkilatlardan növbəti pullarını qazanmağa başlamışdı. Həmin pulları ki, indi Məhəmməd Mirzəli ilə bölmək fikrindən daşınıb – 80 min avro..!
İndi isə keçək bu məsələnin digər tərəfinə. O da sirr deyil ki, “SƏS” qəzeti və SİA olaraq, hələ bu ilin martında Tural Sadıqlının cinayətkar ailəsi ilə bağlı bir sıra xəbərləri oxucuların diqqətinə çatdırmışdıq. “Tural Sadıqlı – cinayətkar şəcərənin xain övladı” başlıqlı məqalədə onun istər ata, istərsə də ana xətti ilə babalarının cinayətkar olmalarını sübuta yetirən sübutları diqqətə çatdırmışdıq.
Onu da qeyd edək ki, Tural Sadıqlının atası Əlövsət Sadıqlı da qrantyeyən QHT-çi kimi tanınır və bunu da Məhəmməd Mirzəli sosial şəbəkə vasitəsi ilə bəyan etmişdi.
Sadıqlılar “şəcərəsindən” xatırlatma...
Qeyd edilmişdi ki, Tural və Elgizin ata xəttilə babaları Əhəd Sadıqov da nəvələri kimi “repressiya qurbanı” olub. Belə ki, 1951-ci ilin oktyabrında o, azyaşlı qızı zorladığına görə azadlıqdan məhrum edilib. O zamankı sovet təcridxanalarında belə adamlarla necə davranıldığı barədə deyilənlərin üstündən keçək. Ancaq Əhəd kişi türmədə hansı zədələr almışdısa, azadlıqda rahat yaşaya bilmirdi. Elə buna görə də o, ikinci dəfə 1961-ci ildə quldurluğa, üçüncü dəfə isə 1969-cu ildə başqasına ağır bədən xəsarətləri yetirməyə görə həbsə alınır. Tural və Elgizin ana xəttilə babaları Səməd Hümbətov da “repressiya qurbanı” olub, yəni 1976-cı ildə törətdiyi cinayətə görə həbs olunub.
İndi isə Elgiz Sadıqov artıq həyatının üçüncü məhkumluğunu yaşayır. Belə ki, o ilk dəfə 1998-ci ildə, hələ qardaşına görə “siyasi əzabkeş” olmaq ağlının ucundan keçmədiyi zamanlarda məhkum edilmişdi. O zaman Bakı qarnizonunun hərbi tribunalı Elgizi fərariliyə görə iki il azadlıqdan məhrum etmişdi. İkinci dəfə isə o, yenidən başqa cinayət maddəsi ilə həbsdə yatıb. Xatırladaq ki, həmin maddə adam oğurluğundan bəhs edir, konkret halda isə adını yazmaq istəmədiyimiz bir qızın zorla qaçırılmasından söz gedirdi. Lakin bu qardaşlar həqiqətən də Azərbaycan dövlətinin humanistliyini görməzlikdən gəliblər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 26 may 2009-cu il tarixli 1(102)-266/09 qərarında deyilirdi: “Onun əməli CM-nin 29, 144.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin maddə ilə məhkəmə E.Ə.Sadıqova cəza təyin edərkən barəsində CM-nin 62-ci maddəsini tətbiq edib maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı cəza təyin edilmişdir”. Amma Sadıqovların məcburi köçkün ailəsi olması, bu cinayət işi üzrə Elgizin doğma qardaşı Turalın da eyni maddə ilə məhkum edilməsi, ailəsinin olduqca ağır vəziyyətdə yaşaması müstəsna hal kimi qiymətləndirilmiş və onun barəsində azadlıqdan məhrumetmə cəzası beş ildən üç ilə endirilmişdi.
O cümlədən, Sadıqovlara yaxın şəxslər bu humanist addımın atılmasına qızın ailəsinin səbəb olduğunu deyirlər. Sadıqovlardan birinin adına ləkə saldıqları qızla ailə quracağı vəd edildiyindən qız belə cinayətlərdə ağırlaşdırıcı hal kimi nəzərə alınacaq ifadə verməmişdi.
Beləliklə, bütün faktlar ortalıqdadır və bu gün bir-birlərini asıb-kəsənlərin əslində hər biri eyni tipajlı ünsürlər yığnağıdırlar Onların hər birinin şəxsi həyat dəftərlərini axtarıb-arasaq, nə qədər çirkin məxluqatlar olduqlarını bir daha görərik. Ümumiyyətlə, belələrinin hələ də üzə çıxıb, özlərindən “qəhrəman” düzələtmək cəhdləri get-gedə daha izafi iyrənClik təsiri bağışlayır. Hər halda, nə qədər çalışsalar belə, yenə də heç nəyə nail ola bilməyəcəklər. Çünki məğlubiyyət və rüsvayçılıq onların birbaşa alınlarına ləyaqətsizlik möhürü kimi vurulub.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB