Bu gündən AŞPA-nın komitə iclasları başlayır

Bu gündən AŞPA-nın komitə iclasları başlayır

Dekabrın 3-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər, Sosial işlər, sağlamlıq və davamlı inkişaf, həmçinin Təhsil, elm və mədəniyyət komitələrinin iclasları keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova və Sevinc Fətəliyeva iştirak edəcəklər.

İclaslarda milli azlıqların hüquqlarının qorunması, Cinayətkarlığa qarşı mübarizədə siyasi liderlərin rolu, Gender bərabərliyinin qorunması, İnsan alveri ilə mübarizə, Miqrasiya böhranının aradan qaldırılması, Avropada yetkinlik yaşına çatmayanların sağlamlığı, İnsan hüquqları, demokratiya və informasiya cəmiyyəti, İnternetin idarə olunması və insan hüquqları, Demokratik cəmiyyətdə mədəni irsin dəyəri, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığına təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Milli Məclisin deputatları müzakirə olunacaq məsələlərlə bağlı çıxışlar edəcək, münasibətlərini bildirəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə