Şimal alyansının bu qədər sadəlöhv olmasına inanmıram Vladimir Çijov

Şimal alyansının bu qədər sadəlöhv olmasına inanmıram Vladimir Çijov

NATO gəmilərinin Kerç boğazından keçməsi mümkün deyil. SİA xəbər verir ki, bu barədə Avropanın EurActiv internet-nəşrinə Rusiyanın Avopa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov deyib.

NATO gəmilərinin adıçəkilən boğazdan keçməsi cəhdinə Rusiyanın hücumunun mümkünlüyü barədə sualını da cavablandıran Çijov ümidvar olduğunu deyib ki, Şimal alyansının belə bir addıma getməsinə inanmır. “Alyans bu qədər sadəlöhv deyil ki, belə bir riskli addımlara getsin”, rus rəsmisi qeyd edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında yaranmış ağır siyasi vəziyyət nəticəsində rusiyalılar ukraynalıların gəmilərini və matroslarını həbs ediblər. Ukrayna isə fövqəladə vəziyyət elan edib. NATO və digər Qərb təşkilatları Rusiyanın bu addımını pisləyən bəyanatlar veriblər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə