Çox kobud təbliğat və "qara piar" kampaniyası aparılır Larisa Alaverdyan
Ermənistanın sabiq ombudsmanı Larisa Alaverdyan ölkəsinin mərkəzi seçki komissiyasının işindən təəccübləndiyini deyib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, o, təbliğat materialları çərçivəsində seçkiöncəsi mübarizənin müddətsiz olmasından şikayətlənib.
“Birincisi, təbliğat vaxtından əvvəl başlayıb. MSK daha öncəki illərdən fərqli olaraq, qanun pozuntusunun olmadığını deyib. Bu, mənim üçün xəbər idi”, deyə jurnalistlərlə söhbətində qeyd edib.
“Çox kobud təbliğat və "qara piar" kampaniyası aparılır. Bu, təbliğatın ilk günündən görünürdü. Bütün siyasi gücləri konstruktiv sahəyə geri dönmələrinə çağırıram”, Alaverdyan deyib.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB