Prezident İlham Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə tanış olub

Prezident İlham Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə tanış olub

Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə tanış olublar.

SİA-nın xəbərinə görə, Mərkəzin tibb heyəti dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladı. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi.

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya mərkəzin fəaliyyəti haqqında məlumat verdi. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının tibb heyəti ilə görüşdü, onları təbrik etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə