Gələn ilin büdcəsində Milli Məclisə əlavə vəsait ayrılıb. SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin iclasında deyib.
Nazir bildirib ki, 2019-ci ilin dövlət büdcəsindən Milli Məclisin saxlanması xərclərinə əlavə olaraq 10,1 milyon manat vəsait artırılır.
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulmuşdu.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB