Hər il olduğu kimi bu ildə Gəncədə ölkə prezidenti İlham Əliyevin ad günü, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü xüsusi təmtəraqla qeyd olunub. Bu dəfə də gəncəlilər nəhəng tortun dadına baxıblar.
SİA-nın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev meydanında təşkil olunan tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkilləri, Türkiyənin Gəncədəki konsulu, həmçinin on minlərlə şəhər sakini iştirak edib.
Bayram tədbirində çıxış edənlər gəncəliləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik ediblər, 49 yaşı tamam olan ölkə prezidenti İlham Əliyevə isə cansağlığı, fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edək ki, bir həftə ərzində hazırlanan şirniyyatın uzunluğu 49, mərkəz hissəsinin eni 6 metr, çəkisi isə 12 tondur. Şirniyyatın mərkəzində prezident İlham Əliyevin 49 illiyinə həsr olunan kompozisiya, sağ və solunda isə Gəncənin tarixi memarlıq abidələrinin, park və xiyabanlarının maketləri öz əksini tapıb.
Tort türkiyəli ustalar tərəfindən hazırlanıb.
Rəsmi hissənin ardından bayram tortu şəhər əhalisinə paylanılıb. Gəncədə bayram şənlikləri isə hələ davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB