Dövlət başçımızın qonşu Türkmənistana rəsmi səfəri ölkələrimiz arasında olan münasibətlərin daha da yaxşılaşmasına öz tövhələrini verməsi zərrə qədər şübhə doğura bilməz. Enerji resursları sahəsində əməkdaşlıq iki ölkənin sıx münasibətdə olmasını zəruri edir və bu baxımdan daha sıx əməkdaşlıq, daha geniş əlaqələr proqnozlaşdırmaqda hər kəs haqlıdır.
Azərbaycanla əməkdaşlıq Türkmənistana enerji resurslarının, təbii ehtiyatlarının bazarlara çıxış imkanı qazandırır
Bəllidir ki, Azərbaycan kimi Türkmənistan da enerji resurslarına, böyük təbii ehtiyatlara malik ölkədir. Odur ki, enerji resurslarının bazara çıxışının təmin edilməsində çox maraqlıdır. Daha dəqiq desək, qonşu Türkmənistanın öz təbii ehtiyatlarını Avropa bazarlarına çıxarmaq məqsədləri başa düşüləndir və məhz Azərbaycanla əməkdaşlıqları bunu təsdiq edir. Bir sözlə bu əməkdaşlıq Türkmənistana enerji resurslarının, təbii ehtiyatlarının bazarlara çıxış imkanını qazandırır və bu baxımdan Azərbaycanla əməkdaşlıqların sözügedən ölkə üçün əhəmiyyəti danılmazdır.
Bakı-Tbilisi-Ceyhan, artıq istismarına başlanmış Cənubi Qafqaz qaz boru kəmərləri, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bir sıra regional əhəmiyyətli strateji layihələrin təşəbbüskarı, icraedicisi, həmçinin, sahibi hesab edilən Azərbaycanla əməkdaşlıq indi bütün ölkələr üçün maraqlıdır. Çünki, sadalanan layihələrin hər biri regionun bütün ölkələri üçün çox böyük gəlir gətirmək iqtidarındadır.
Məsələ burasındadır ki, əslində ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrinin yüksək səviyyədə olması və inkişafı Azərbaycandan da çox Türkmənistan üçün daha vacibdir. İlk növbədə ona görə ki, ölkələrimiz arasındakı münasibətlər Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanı deməkdir. Nəzərə almaq lazımdır ki, Türkmənistan neftinin nəql edilməsi üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri real imkanlar yaradır. Həmçinin Cənubi Qafqaz qaz boru kəməri də Türkmənistanın maraq dairəsindədir. Çünki, Türkmənistan böyük qaz resurslarına da malikdir və bu ehtiyatların nəql olunması üçün Cənubi Qafqaz qaz boru kəmərinə böyük ehtiyac duyulur. Qeyd etmək lazımdır ki, hər iki ölkə tranzit imkanlarından birgə istifadə etmək, enerji resurslarının, neft və qaz kimi təbii ehtiyatların Asiya və Avropa arasında daşınması istiqamətində müvafiq siyasət yürütmək perespektivinə malikdirlər.
Regional layihələr enerji daşımaları üçün tranzit imkanlar, bazarlara çıxış imkanları deməkdir
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi hardasa 10 ilə yaxın vaxt apardı və bir vaxtlar əksər ölkələr bu layihənin rentabelli olacağına, hətta başa çatacağına belə şübhə ilə yanaşırdılarsa, indi vəziyyət tamamilə dəyişib. Əksinə, indi həmin ölkələr Azərbaycanın bu uğurunu, bu müvəffəqiyyətini etiraf etmək məcburiyyətindədirlər. Hətta bu lahiyədən yararlanmağa da çalşırlar. Çünki, sözügedən regional layihələr enerji daşımaları üçün tranzit imkanlar, bazarlara çıxış imkanları deməkdir.
Bir vaxtlar, yəni 10 il öncə bu layihənin reallaşacağına şübhə ilə yanaşıldığı səbəbindən bütün işlərin görülməsi, məsrəflər, xərclər Azərbaycanın üzərinə düşdü və çox sevindirici haldır ki, ölkəmiz tərəfindən digər layihələr kimi bu layihə də uğurla başa vuruldu, işləri tamamlandı və istifadəyə verildi. Sözsüz ki, layihə istifadəyə verildikdən sonra hər kəsə bəlli oldu ki, layihənin mühüm əhəmiyyəti var və rentabelliyi də danılmazdır. Məhz bu baxımdan əksər ölkələr həmin layihədən yararlanmaq imkanını əldən vermək istəmir və Azərbaycanla əlaqələrin daha da yaxşılaşdırılması niyyəti tam şəkildə başa düşüləndir.
Digər tərəfdən, Azərbaycanın sözügedən layihə ilə yanaşı Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksini istifadəyə verməsi də çox uğurlu və mühüm əhəmiyyətə malik hadisə hesab olunur. Çox böyük regional layihələrlə bərabər istifadəyə verilən belə bir Liman heç də öz əhəmiyyətinə görə həmin regional layihələrdən geri qalmır. Ona görə ki, Xəzər dənizinin ən böyük limanı hesab olunan bu Liman regionda bütün yükdaşımalar üçün çox əlverişlidir. Nəzərə almaq lazımdır ki, bütün daşımaların istər-istəməz ortaq nöqtəsi sayılan bu Liman məhz bu baxımdan diqqət mərkəzindədir.
Bir sözlə, Azərbaycan tərəfinin tranzit daşımalarında malik olduğu imkanlar bu gün bütün dünya ölkələri tərəfində etiraf edilir. Məhz belə imkanlar sayəsində ölkəmizlə əməkdaşlıq regionun bütün dövləri üçün çox əhəmiyyətlidir. Belə bir əməkdaşlığın əhəmiyyətinin fərqində olan Türkmənistanın Azərbaycanla əlaqələrinin daha da yaxşılaşdırmaq marağı təbiidir və digər region övlətləri ilə yanaşı Aşqabad üçün də çox aydın şəkildə bəllidir ki, Azərbaycan region ölkələri üçün Avropaya açılan qapıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB