Qar qasırğası minlərlə turistin Milad bayramı xəyallarını məhv edib

Qar qasırğası minlərlə turistin Milad bayramı xəyallarını məhv edib

Britaniya paytaxtı Londondakı Hitrou hava limanının rəsmiləri bildirib ki, hava şəraiti ilə bağlı aeroportların fəaliyyətinin tam bərpası ən azı əlavə bir gün ala bilər. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, keçən həftədən başlayan qar qasırğası minlərlə turistin Milad bayramı xəyallarını məhv edib.

Böyük Britaniya rəsmiləri buzlu yolların təmizlənməsi üçün hərbçilərin cəlb edilməsini təklif edib. Ancaq bu təklifi rədd edən hava limanı səlahiyyətliləri işçilərin özlərinin bunun öhdəsindən gələ biləcəyini bildirib. Dünən daha bir yolun təmizlənlənməsi mümkün olsa da, rəsmilər deyir ki, normal fəaliyyətin bərpası üçün ən azı sabahadək gözləmək lazım olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə