Gürcüstan parlamentinin sədri İrakli Kobaxidxe bəyan edib ki, Luqara laboratoriyası ilə bağlı dezindormasiyanın yayılması Rusiyanın Gürcüstana qarşı apardığı təbliğatın bir hissəsidir. SİA qruziya online-yə istinadən xəbər verir ki, gürcü parlamentinin sədri bu bəyanatını Rusiyanın Gürcüstana qarşı bioloji silah hazırlaması iddiasına cavabında səsləndirib.
“Bu, Rusiya təbliğatının bir hissəsidir və təbii ki, heç bir əsasa söykənmir. Biz Luqara laboratoriyasının konkret işlərlə məşğul olması barədə hər şeyi bilirik və bizim bildiklərimizi rus piar texnoloqlarının iddiaları ilə ümumi heç nə bağlamır”, Kobaxidze bəyan edib.
Qeyd edək ki, BBC Rusiyanın Tbilisinin ərazisində fəaliyyət göstərən laboratoriya ətrafında dezindormasiya yayıb. Belə ki, Rusiyanın televiziya şirkətləri, eləcə də XİN-i dəfələrlə xəbər veriblər ki, Gürcüstanda bioloji silahlar üzərində təcrübələr aparıblar və bu təcrübələr nəticəsində ölən vətəndaşlar var. Rəsmi Tbilisi irəli sürülən iddianı rədd etməklə yanaşı, Rusiya tərəfinə Luqara adına Mərkəzə baxış keçirməyə dəvət edib. Lakin Moskva bundan da imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB