Asim Mollazadə: “Azərbaycan Ermənistanla danışıqlarda ciddi bir sənəd əldə edə bilməyib”

Asim Mollazadə: “Azərbaycan Ermənistanla danışıqlarda ciddi bir sənəd əldə edə bilməyib”
2010-cı ildə Azərbaycanın diplomatik sistemi genişlənib. Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Onun sözlərinə görə, Azərbaycan bir sıra ölkələrdə yeni səfirliklər açıb: "Düşünürəm ki, bunun bəhrəsi gələcək işlərdə də görüləcək". A.Mollazadə bildirib ki, Azərbaycan təəssüf ki, Ermənistanla danışıqlarda hələlik bir o qədərdə ciddi sənədlər əldə edə bilməyib. Partiyanın sədri bir sıra Avropa ölkələrində, beynəlxalq təşkilatlarda , Avropa parlamentində Ermənistanın Azərbaycana qarşı olan təcavüzlüyü ilə bağlı qətnamələr qəbul edildiyini vurğulayıb: "Eyni zamanda parlamentlərarası münasibətlərin müvafiq nəticəsində ölkələrin ali qanunvericiliyi orqanlarının qətnamələrini qəbul etmişik. Mənə elə gəlir ki, bu da əslində münaqişə ilə bağlı proseslərin dünyada yaymağın, Azərbaycanın haqq sözünün qəbul etməyin təzahürüdür".

Bütün xəbərlər Facebook səhifəmizdə