Ermənistanda hərbi maşın qəzaya uğradı ölənlər var

Ermənistanda hərbi maşın qəzaya uğradı ölənlər var

Ermənistanda hərbi yük maşınının qəzaya düşməsi nəticəsində 4 əsgər həlak olub. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə bu gün günorta çağı Gorus istiqamətində baş verib.

Ölən hərbçilərin Ayrapet Nairyan (1998-ci il), Qrant Qasparyan (1998-ci il), Eduard Unanyan (1998-ci il) və David Melkonyan (1998-ci il) olduğu bildirilir.

Çoxsaylı yaralıların olması səbəbindən ölənlərin sayının artacağı istisna olunmur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə