“Ailə həkimi” haqqında qanun layihəsi Milli Məclisin yaz sessiyasının iş planına daxil edilib” - AÇIQLAMA
"Ailə həkimi" haqqında qanun layihəsinin hazırlanması ilə əlaqədar müzakirələr gedir. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, layihənin hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi danışıqlar aparılır. O bildirib ki, Azərbaycanda ailə həkimi institutu yaradıldığına görə, belə bir qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var.
"Ailə həkimi rayonlarda tətbiq olunur. Dağ kəndlərində və ucqar yerlərdə yaşayan əhaliyə ixtisaslaşmış tibbi yardım göstərməkdən ötrü Ailə həkimi institutunun yaradılması və onun geniş şəkildə şəbəkələnməsi, iqtisadi hüquqi əsasının tənzimlənməsi vacibdir. Belə bir layihənin hazırlanması üçün biz bir neçə ölkələrin təcrübələrini öyrənmişik. Bura Amerika, Türkiyə, Avropa təcrübəsi daxildir. Amma çox güman ki, biz bu layihənin hazırlanmasında Türkiyəni model olaraq seçib təcrübəsindən istifadə edəcəyik", - deyə M. Quliyev vurğulayıb.
Millət vəkili söyləyib ki, "Ailə həkimi haqqında" qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq. O qeyd edib ki, Səhiyyə Nazirliyində belə bir qrup yaradılsa da hələ ki, Milli Məclislə birgə belə bir iş həyata keçirilməyib: "Bununla bağlı müəyyən fikirlər var. Qanunun işlənməsi Milli Məclisin yaz sessiyasının iş planında nəzərdə tutulub".
Xatırladaq ki, bu ildən etibarən Tibb Universitetində tətbiq olunacaq rezidentura qaydaları da ailə həkimi kadrlarının hazırlanması işinin sürətləndirilməsini nəzərdə tutur. Üstəlik səhiyyə naziri ötən il "Azərbaycan Respublikası səhiyyə müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında" əmr imzalayıb. Əmrə əsasən, bu siyahıya ilk dəfə olaraq "Ailə həkimi" vəzifəsi də daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB