Alkoqol qidanın orqanizm tərəfindən həzminə mane olur

Alkoqol qidanın orqanizm tərəfindən həzminə mane olur

Sirr deyildir ki, bayram süfrəsi kalorili və yağlı xörəklərlə, habelə alkoqolla zəngin olur. Bu isə orqanizmə ciddi zərər vurur. SİA-nın xəbərinə görə, Sürixdəki qastroenteroloji universitet xəstəxanasının mütəxəssisləri bildiriblər ki, alkoqol qidanın həzm olunmasını zəiflədir.

Bu zaman alkoqol mədəni pozmur, köp əmələ gətirmir, qıcqırma yaratmır, lakin bütün bunlar qara ciyərə mənfi təsir göstərir. Alimlər şərabın, qara cayın, albalı likörünün və suyun orqanizmə təsirini sınaqdan keçiriblər. Bu işdə onlara 23 -58 yaşda bir qrup könüllü kömək göstərib. Onlara doyunca yeyərək, eyni zamanda adları çəkilən içkiləri qəbul etmək təklif olunub.

İsveçrə mütəxəssisləri müəyyənləşdiriblər ki, şərab içənlərdə həzm prosesi zəif gedir. Eksperimentdə iştirak edənlər səhhətində hər hansı pozuntunun olmadığını bildirsələr də mütəxəssislər hesab edirlər ki, mümkün pozuntuların yaranmaması üçün yemək zamanı çoxlu alkoqollu içkilər qəbul etməkdən imtina olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə