TürkPA beynəlxalq katibliyində Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin prezidenti ilə görüş keçirilib
TürkPA beynəlxalq katibliyində Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) prezidenti Süleyman Şənsoyla görüş keçirilib. Təşkilatdan SİA-ya verilən xəbərə görə, qonağı salamlayan TürkPA-nın baş katibi Ramil Həsənov qurumun il ərzində həyata keçirdiyi layihələr, parlamentlərarası əlaqələr, bir çox beynəlxalq təşkilatla qurulmuş ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə geniş danışıb. O, TASAM-ın fəaliyyətinə lazımi dəstək verməyə hazır olduqlarını bildirib.
S. Şənsoy isə təmsil etdiyi təşkilatın fəaliyyəti, həyata keçirdikləri iri miqyaslı layihələr, türkdilli dövlətlər arasında əlaqələrin güclənməsində atdıqları addımlar, dünya türk diasporasının birliyi və güclənməsi istiqamətində həyata keçirdikləri işlər barədə ətraflı məlumat verib. O, gələcəkdə TürkPA-nın fəaliyyətində daha yaxından iştirak etmək istədiklərini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB