“Rusiya Ukraynada ikitərəfli münasibətləri normallaşdırmaq üçün siyasi iradənin görünəcəyinə ümid edir”. SİA-nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında deyib.
“ Ümid edirik ki, Ukrayna torpaqlarında gec və ya tez Rusiya ilə münasibətləri normallaşdırmaq üçün siyasi iradə görünəcək. Lakin hazırda biz bunu müşahidə etmirik”, -deyə Peskov jurnalistlərə açıqlayıb.
Qeyd edək ki, Rusiyanın Baş nazir Dmitri Medvedev bu gün Ukraynaya qarşı iqtisadi tədbirləri nəzərdə tutan sənədi imzalayıb. Sənəddən irəli gələn iqtisadi sanksiyalar 322 fiziki və 68 hüquqi şəxsə təsir göstərəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB